Prezident İlham Əliyev Bakının Nizami rayonundakı 32 və 12 nömrəli məktəblərdə yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da Bakının Nizami rayonundakı 32 və 12 nömrəli tam orta məktəblərdə yaradılan şəraitlə tanış olub.

Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı qəbul edilən xüsusi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq bütün sosial sahələrdə olduğu kimi, təhsil müəssisələrinin əsaslı şəkildə yenidən qurulması, yeni məktəb binalarının, uşaq bağçalarının inşası prosesi də məqsədyönlü şəkildə uğurla həyata keçirilir. Paytaxtda və ətraf qəsəbələrdə, eləcə də respublikanın hər yerində orta məktəb binaları yüksək standartlara uyğun şəkildə yenidən qurulur və lazımi avadanlıqla təchiz edilir, təhsil müəssisələrinin ərazilərində abadlıq işləri həyata keçirilir, yeni yaşıllıq zolaqları salınır. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülür.

Prezident İlham Əliyev əvvəlcə 32 nömrəli tam orta məktəbdə həyata keçirilən təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış oldu.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov  görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi. Qeyd edildi ki, 4 mərtəbədən ibarət olan məktəbdə 1050 şagird təhsil alır. Yeni dərs ili ərəfəsində məktəbin bütün sinif otaqları, fənn kabinetləri yüksək standartlara uyğun şəkildə əsaslı surətdə təmir edilib, lazımi avadanlıq və dərs ləvazimatları ilə təchiz olunub. Məktəbin istilik və işıqlandırma sistemləri də müasir tələblər səviyyəsində yenidən qurulub. Növbəti il üçün 640 şagird yerlik əlavə korpusun inşası nəzərdə tutulur.

Dövlətimizin başçısı məktəbin ayrı-ayrı sinif otaqlarını gəzdi, yaradılan şəraitlə tanış oldu.

Sonra Prezident İlham Əliyev 12 nömrəli tam orta məktəbə gəldi. Burada görülən təmir və yenidənqurma işləri ilə bağlı dövlətimizin başçısına məlumat verildi. Bildirildi ki, 12 nömrəli tam orta məktəbin binası 1974-cü ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə inşa edilib və ulu öndərin iştirakı ilə istifadəyə verilib. Üç mərtəbədən ibarət məktəbdə 43 sinif otağı var. Məktəbdə 1200-ə yaxın şagird təhsil alır. Növbəti dərs ili üçün 240 şagird yerlik əlavə korpusun inşası nəzərdə tutulur. Burada da bütün sinif otaqları və fənn kabinetləri yüksək standartlar səviyyəsində təmir edilib, müasir istilik və işıqlandırma sistemləri quraşdırılıb.

Dövlətimizin başçısı 12 nömrəli tam orta məktəbdə əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə yaxından tanış oldu.

AzərTAc

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında