Azərbaycan Prezidenti İlham Əliyev Rusiyadan ölkəmizə qanunsuz gətirilmiş ikonaları və incəsənət əsərlərini Prezident Dmitri Medvedevə təqdim etmişdir

Sentyabrın 3-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiyadan ölkəmizə qanunsuz gətirilmiş ikonaları və incəsənət əsərlərini Prezident Dmitri Medvedevə təqdim etmişdir.
Azərbaycan dövlətinin başçısı demişdir:
-Bu ikonaları Sizə təqdim etmək istəyirəm. Rusiyadan qanunsuz çıxarılmasına cəhd göstərilmiş bu əsərləri Azərbaycan-Rusiya sərhədində bizim gömrük xidmətlərimiz aşkar və müsadirə etmişlər. Onları sərhəddən keçirmək istəyənlər isə məsuliyyətə cəlb olunmuşlar. Bu gün rus xalqının bu incəsənət əsərlərini Sizə - Rusiya Prezidentinə təqdim edirəm. Onlar Sizin ölkənizdə saxlanılmalıdır.
Rusiya Prezidenti Dmitri Medvedev Prezident İlham Əliyevə təşəkkürünü bildirərək demişdir:
-Çox sağ olun. Bu, həqiqətən, əsl dost hərəkətidir. Rusiya üçün ikiqat xoşdur ki, Azərbaycan bir tərəfdən cinayətkarları yaxalamışdır, digər tərəfdən isə bu əsərlər evə qayıdır. Biz hamımız bunu yüksək dəyərləndiririk. Bu, həqiqətən, əsl dostluq jestidir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında