Geniş tərkibdə görüş

Sentyabrın 3-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.
Azərbaycan dövlətinin başçısı İlham ƏLİYEV görüş iştirakçılarına müraciətlə dedi:
- Hörmətli Dmitri Anatolyeviç!
Hörmətli qonaqlar!
Sizi Azərbaycanda bir daha ürəkdən salamlamaq istəyirəm. Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk.
Əminəm ki, bu səfərin çox yaxşı nəticələri olacaqdır. Biz dünən də, bu gün də münasibətlərimizin çox geniş əhatə dairəsi barədə Sizinlə hərtərəfli fikir mübadiləsi apardıq, ikitərəfli xarakter daşıyan bütün məsələləri, regional problemləri ətraflı nəzərdən keçirdik.
Görürəm, Siz bir daha yəqin etdiniz ki, münasibətlərimiz təkcə ölkələrimiz üçün deyil, həm də regionda cərəyan edən proseslər üçün vacibdir.
Mən çox şadam ki, Sizinlə bərabər bu cür nüfuzlu nümayəndə heyəti - Rusiya Federasiyasının müxtəlif səviyyəli rəhbərləri gəlmişdir. Bu, həm də Sizin münasibətlərimizə verdiyiniz qiymətin göstəricisidir.
Bu münasibətlər bizim üçün çox əhəmiyyətli, çox qiymətlidir. Bu, strateji tərəfdaşlıq münasibətləri, dostlar arasında münasibətlərdir. Əminəm ki, bu səfərin çox yaxşı nəticələri olacaq, imzalayacağımız sənədlər isə münasibətlərimizin daha da inkişaf etməsi üçün çox möhkəm baza yaradacaqdır.
Sizi Azərbaycanda bir daha salamlamaq istəyirəm. Xoş gəlmisiniz!
***
Rusiya Prezidenti Dmitri MEDVEDEV səmimi qəbul üçün minnətdarlığını bildirərək dedi:
- Bir daha sağ olun, hörmətli İlham Heydər oğlu, hörmətli azərbaycanlı həmkarlar.
Həqiqətən, biz sizinlə məhdud tərkibdə çox geniş fikir mübadiləsi apardıq. Bu, çox faydalı oldu.
Qeyd etmək istərdim ki, bu yeni məkan danışıqlar aparılması üçün çox rahat, çox münasibdir. Belə ki, Azərbaycan tərəfi danışıqların səmərəli keçməsi üçün hər cür şərait yaratmış və bunu çox gözəl etmişdir.
Mənə belə gəlir ki, ənənəyə görə bizim hökumətlərarası komissiyaların məşğul olduğu bəzi iqtisadi məsələləri indi geniş tərkibdə müzakirə etmək olar, həmin komissiyaların rəhbərləri buradadırlar.
Regional təhlükəsizliyin təmin edilməsi məsələləri ilə yanaşı, əməkdaşlığımızın iqtisadi komponentinə daha artıq diqqət yetirmək olar. Keçən il, böhranla əlaqədar, bizim ticarət dövriyyəsi üçün o qədər də sadə il olmamışdır - ticarət dövriyyəsi azalmışdır.
Bu il müsbət meyillər var, lakin həmin meyilləri möhkəmlətmək üçün biz lazım olan hər işi görməliyik. Yeni layihələrə başlamaq, yeni təmas nöqtələri tapmaq barədə fikirləşməliyik. Yeri gəlmişkən, Sizinlə təkbətək görüş zamanı biz bəzi ideyaları müzakirə etdik. Zənnimcə, indi həmin ideyaları həmkarlarımızla da bölüşmək olar.
Bir daha çox sağ olun.{nl}

AzərTAc

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında