Prezident İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 26-da Türkiyə Respublikasının daxili işlər naziri Efkan Alanı qəbul etmişdir.

Efkan Alanı Türkiyə Respublikasının daxili işlər naziri təyin olunması münasibətilə təbrik edən dövlətimizin başçısı ölkələrimizin Daxili İşlər nazirlikləri arasında mövcud sıx əməkdaşlığın bundan sonra da genişləndiriləcəyinə ümidvar olduğunu bildirdi. Ölkələrimizin dövlət və hökumət başçılarının, nazirlərin ilk xarici səfərinin qardaş ölkələrə etməsinin artıq bir ənənə halı aldığını vurğulayan Prezident İlham Əliyev Efkan Alanın Türkiyə Respublikasının daxili işlər naziri kimi Azərbaycana ilk səfərinin önəmini qeyd etdi və səfərin əməkdaşlığımızın inkişafı ilə bağlı səmərəli müzakirələr aparılması üçün yaxşı fürsət yaratdığını dedi.

Efkan Ala nazir kimi ilk xarici səfərini Azərbaycana etməsindən məmnunluğunu diqqətə çatdırdı. Türkiyənin daxili işlər naziri Soma  kömür mədənində kütləvi insan tələfatı ilə nəticələnən faciə ilə əlaqədar Azərbaycan xalqının, şəxsən Prezident İlham Əliyevin Türkiyə xalqının dərdinə şərik çıxmasına görə minnətdarlığını bildirdi. 

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında