ARDNŞ-in Gürcüstandakı yeni inzibati binası ilə tanışlıq

Prezident İlham Əliyev mayın 6-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Tbilisidəki yeni inzibati binası ilə tanış olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məlumat verildi ki, ARDNŞ-in Gürcüstandakı yeni inzibati binasının tikintisinə 2009-cu ildə başlanmış, 2012-ci ildə istifadəyə verilmişdir. Bu kompleks ARDNŞ-in Azərbaycandan kənarda yerləşən ən böyük inzibati binasıdır. Binada şirkətin Gürcüstan nümayəndəliyi, “SOCAR Energy Georgia” MMC və digər törəmə şirkətlər yerləşir.

Ümumi sahəsi 17600 kvadratmetr olan inzibati bina Bakıdakı Qız qalasını xatırladır və beş blokdan ibarətdir. Bloklardan üçündə ofis sahələri yerləşir.

ARDNŞ-in Gürcüstan nümayəndəliyinin binası ən yüksək beynəlxalq standartlara cavab verən avadanlıqla təchiz olunmuşdur və müasirliyi ilə diqqəti cəlb edir. Bina Tbilisi şəhər meriyası tərəfindən keçirilmiş “Memarlıq Mükafatı-2011” beynəlxalq müsabiqəsində “İctimai tikinti” nominasiyasının qalibi olmuşdur.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında