Tbilisidə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da Tbilisidə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında xalqımızın ümummilli liderinin abidəsini ziyarət etmişdir.

Dövlətimizin başçısı abidənin önünə əklil qoydu.

Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn Prezident İlham Əliyevə parkda görülmüş işlər barədə məlumat verdi. 

Ulu öndər Heydər Əliyevin adını daşıyan park 2004-cü il iyunun 14-də Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin iştirakı ilə açılmışdır.

Ümumi sahəsi bir hektar olan parkda Tbilisi şəhərinin sakinləri və qonaqlarının istirahəti üçün hər cür şərait yaradılmışdır.

 

AzərTAc

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında