Prezident İlham Əliyev Heydər Əliyev prospektində avtomobillər və piyadalar üçün yeni tikilmiş yeraltı keçidin açılışında iştirak etmişdir

 

 

Mayın 5-də Azərbaycan Respublikasının

Prezidenti İlham Əliyev Bakının Heydər Əliyev prospektində - “Şəfa” stadionunun qarşısında avtomobillər və piyadalar üçün yeni tikilmiş yeraltı keçidin açılışında iştirak etmişdir.

Paytaxtda və regionlarda çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunur, beynəlxalq standartlar səviyyəsində avtomobil yolları salınır. Bütün bu işlər “Azərbaycanda avtomobil yolları şəbəkəsinin yenilənməsinə və inkişafına dair 2006-2015-ci illər üzrə Dövlət Proqramı”na uyğun olaraq görülür. Prezident İlham Əliyevin Sərəncamı ilə Bakı şəhərində nəqliyyatın hərəkətinin tənzimlənməsi və yol infrastrukturunun təkmilləşdirilməsi layihələri üzrə işlərin icrası davam etdirilir.

Həmin layihələrdən biri də Heydər Əliyev prospektində - “Şəfa” stadionunun qarşısında avtomobillər və piyadalar üçün keçidin tikintisidir. Nəqliyyatın hərəkətinin intensiv olduğu bu ərazidə inşa olunan və nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz hərəkətinin nizamlanmasını, tıxacların aradan qaldırılmasını təmin etmək üçün nəzərdə tutulan layihə artıq yekunlaşmışdır.

Prezident İlham Əliyev əvvəlcə “Şəfa” stadionu qarşısında piyadalar və avtomobillər üçün yeraltı keçidin mövcud vəziyyətini əks etdirən sxemə baxdı.

Nəqliyyat naziri Ziya Məmmədov yeni qurğunun texniki göstəriciləri barədə dövlətimizin başçısına məlumat verdi. Sonra Prezident İlham Əliyev piyada keçidinin rəmzi açılışını bildirən lenti kəsdi.

Piyada keçidi ilə yaxından tanış olan dövlətimizin başçısına məlumat verildi ki, ümumi uzunluğu 214 metr, eni 16,5 metr, hündürlüyü 3 metr olan qurğu Heydər Əliyev prospektinin bu hissəsində piyadalar üçün indiyədək mövcud olmuş keçid probleminin tamamilə həllinə hesablanmışdır. Bu keçid təhlükəsiz hərəkəti təmin etməklə yanaşı, daxili dizaynı və dövrün tələblərinə cavab verən infrastrukturu ilə də diqqəti cəlb edir. Müasir işıqlandırma sistemi, açıq havada qurulmuş eskalator piyadaların rahatlığını təmin etməyə yönəlmişdir.

Sonra Prezident İlham Əliyev “Şəfa” stadionunun qarşısındakı yeni avtomobil keçidinin rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlətimizin başçısına qurğunun texniki göstəriciləri barədə məlumat verildi. Qeyd edildi ki, keçidin ümumi uzunluğu 224 metr, eni 16,5 metr, hündürlüyü isə 5,5 metrdir. Bu göstəricilər nəqliyyatın intensiv hərəkətinə əlavə imkanlar yaradacaqdır. İcra olunmuş layihəyə əsasən keçidin açıq hissəsinin uzunluğu 441 metrdir. Layihənin icrası zamanı 1480 metr uzunluğunda yeni yan yollar salınmışdır.

Yeni qurğu ilə tanışlıqdan sonra Prezident İlham Əliyevə Heydər Əliyev prospektində tikilmiş mövcud yeraltı avtomobil tunelindən keçərək Babək və Ziya Bünyadov prospektlərini birləşdirən avtomobil yolunun sxemi təqdim olundu. Dövlətimizin başçısı yol tikinti layihələrinin icrası ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında