Ağdaşda Bayraq Meydanında yaradılan şəraitlə tanışlıq

 

Mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdaşda Bayraq Meydanında yaradılan şəraitlə tanış olmuşdur.

Ötən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin atributu olmuş üçrəngli, ay-ulduzlu bayrağın yenidən Azərbaycanın müstəqillik rəmzinə çevrilməsi ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri sayəsində mümkün olmuşdur. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli bayrağımız ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən Naxçıvanda qaldırılmışdır. Odur ki, dövlətin atributlarına hörmət və ehtiram Ulu Öndərin bizə ən böyük əmanətidir. İndi bu bayraq dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarında, mötəbər mərasimlərində qürurla dalğalanır. Bu gün hər bir azərbaycanlı dövlət bayrağını özünün qürur mənbəyi hesab edir. Bu mühüm amili şərtləndirən əsas səbəblərdən biri də Prezident İlham Əliyevin dövlət atributlarımıza xüsusi ehtiramla yanaşmasıdır. Fərəhli haldır ki, dünyanın ən hündür bayraq dirəyinin ucaldığı Bakıdan sonra ölkənin əksər bölgələrində də üçrəngli bayrağımızın şərəfinə meydanlar yaradılır, bununla bağlı xüsusi layihələr həyata keçirilir. Ağdaşda salınan Bayraq Meydanı və burada ucaldılan dövlət bayrağı da öz  möhtəşəmliyi ilə diqqəti cəlb edir.

Qeyd olundu ki, Bayraq Meydanının inşasına ötən ilin fevralında başlanılmış və bu ilin aprelində sona çatdırılmışdır. Bayraq dirəyinin hündürlüyü 52 metrdir. Təbii mərmərlə üzlənmiş postamentin üzərində Azərbaycanın xəritəsi, dövlət himni və gerbi əks olunmuşdur. Meydan inşa olunarkən burada Azərbaycan milli memarlıq məktəbinin elementlərindən geniş istifadə edilmişdir.

Bayraq Meydanının ərazisində geniş abadlıq işləri görülmüş, yaşıllıq zolağı salınmış və müasir işıqlandırma sistemi quraşdırılmışdır. Ağdaş sakinlərinin istirahəti üçün meydanda hər cür şərait yaradılmışdır.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında