Azərbaycan Prezidenti İlham Əliyev Praqada Çexiya Prezidenti Miloş Zeman ilə görüşmüşdür

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Praqada Çex Respublikasının Prezidenti Miloş Zeman ilə görüşmüşdür.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olundu. “Şərq tərəfdaşlığı” Proqramının Praqada keçirilən sammitində səmərəli müzakirələrin aparıldığı qeyd edildi.

Söhbət zamanı Azərbaycan ilə Çexiya arasında müxtəlif sahələrdə, xüsusilə sərmayə qoyuluşu, infrastruktur layihələrinin həyata keçirilməsi, təhsil, nəqliyyat və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı. Azərbaycan-Çexiya hökumətlərarası birgə komissiyanın işinin gücləndirilməsinin, Çexiya şirkətlərinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsinin önəmi vurğulandı.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında