Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin sədrini və onu müşayiət edən konqresmenləri qəbul etmişdir

 

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin sədri konqresmen Ed Roysu və onu müşayiət edən konqresmenləri qəbul etmişdir.

Konqresmen Ed Roys Azərbaycan Respublikası ilə ABŞ arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu dedi və bundan məmnunluğunu ifadə etdi. Konqresmenlər ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən enerji, terrorizmə qarşı mübarizə və Əfqanıstanla bağlı uğurlu əməkdaşlığı yüksək qiymətləndirdilər. Qonaqlar, həmçinin Azərbaycanın Avropa strukturları ilə əməkdaşlığını də yüksək dəyərləndirdilər.

Dövlətimizin başçısı öz növbəsində Azərbaycan ilə ABŞ arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluğunu ifadə etdi. Prezident İlham Əliyev Azərbaycanın ölkələrimizin qanunverici orqanları arasında əməkdaşlığın genişləndirilməsinə böyük önəm verdiyini dedi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan dövlətimizin başçısı münaqişənin həlli ilə bağlı ölkəmizin mövqeyini diqqətə çatdırdı. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğal edildiyini, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, Dağlıq Qarabağın və ətraf yeddi rayonun işğala məruz qaldığını vurğulayan Prezident İlham Əliyev münaqişənin ədalətli və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı ATƏT-in Minsk qrupu həmsədrlərinin konkret addımlar atmalarının vacibliyini qeyd etdi.

Görüşdə ABŞ nümayəndə heyətinin Azərbaycana bu səfərinin ölkəmizlə yaxından tanış olmaq üçün yaxşı fürsət yaratdığı bildirildi, səfərin əlaqələrimizin yeni sahələrinin müəyyənləşdirilməsi baxımından önəmi qeyd edildi, ikitərəfli münasibətlərimizin müxtəlif sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Sonda xatirə şəkli çəkdirildi.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında