Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu yeni inzibati binada fəaliyyət göstərəcəkdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 7-də Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun yeni inzibati binasının açılışında iştirak etmişdir.

Bu gün ölkəmizdə bütün sahələrdə aparılan islahatlar ordu quruculuğu və hüquq-mühafizə orqanları ilə iş sahəsində də mühüm tədbirlərin görülməsinə geniş imkanlar açmışdır. Cənubi Qafqazın ən güclü ordusuna malik ölkəmizdə Silahlı Qüvvələrlə bağlı qanunvericilik bazasının möhkəmləndirilməsi, bu sahədə mövcud qanunların icra və tətbiq olunmasına nəzarət edilməsi də xüsusi əhəmiyyət kəsb edir. Bununla yanaşı, ölkədə prokurorluq orqanlarında, o cümlədən hərbi prokurorluq sahəsində çalışanların sosial problemlərinin həlli diqqət mərkəzində saxlanılır, onların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər görülür. Bundan əlavə, hərbi prokurorluq orqanlarına daxil olan inzibati binalarda əsaslı yenidənqurma işlərinin aparılmasına, yeni binaların inşasına xüsusi diqqət göstərilir. Bu sırada təbii ki, Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğunun yeni inzibati binasında yaradılan şərait də mühüm əhəmiyyətə malikdir. Binada yaradılan imkanlar bir daha təsdiqləyir ki, ölkəmizdə ordu quruculuğunun, insan hüquq və azadlıqlarının qorunmasında mühüm rola malik olan hərbi prokurorluq orqanlarının fəaliyyətinin günün tələbləri nəzərə alınmaqla qurulması bu sahədə ciddi keyfiyyət dəyişikliklərinin yaranmasına səbəb olmuşdur.

Dövlətimizin başçısı yeni inzibati binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov məlumat verdi ki, altı mərtəbədən ibarət olan və xüsusi memarlıq quruluşuna malik binada hərbi prokurorluq əməkdaşlarının fəaliyyəti üçün hər cür şərait yaradılmışdır. Prezident İlham Əliyevin qayğısı sayəsində bütün hüquq-mühafizə, ədliyyə, məhkəmə və xüsusi xidmət, o cümlədən, hərbi prokurorluq orqanları inkişafının məzmunca və keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuş, hərtərəfli dövlət qayğısı ilə əhatə olunan həmin təsisatların işinin müasirləşdirilməsi istiqamətində çox mühüm addımlar atılır.

Hazırda dövlətimizin başçısının dəstəyi ilə yeni müstəvidə davam etdirilən müasir məzmunlu islahatların nəticəsində hərbi prokurorluq sahəsində yeni tələblərə uyğun təkmilləşdirilmiş mütərəqqi normativ-hüquqi baza formalaşdırılmışdır. Bu baxımdan Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğunda da hərtərəfli iş aparılmışdır. Yeni iş prinsipləri və metodları əsasında fəaliyyət göstərən sivil dövlət təsisatının inkişaf etdirilməsinin nəticəsidir ki, kadr tərkibi davamlı olaraq yeniləşdirilmiş, işin səmərəliliyinin artırılması və mövcud  çatışmazlıqların təxirə salınmadan aradan qaldırılması baxımından da mühüm işlər görülmüşdür. Bundan əlavə, digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqəli fəaliyyətin təkmilləşdirilməsi, müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunmaqla mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, bütün istiqamətlər üzrə işin səmərəliliyinin və əməkdaşların peşəkarlığının artırılması, yeni nəsil hərbi prokurorluq işçilərinin yetişdirilməsi, onların sosial müdafiəsinin gücləndirilməsi və maddi-texniki təminatın yaxşılaşdırılması üçün konkret tədbirlər davam etdirilir.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında