Zaqatala Beynəlxalq hava limanında qarşılanma

Türkiyə Prezidenti Abdullah Gül Azərbaycana rəsmi səfəri çərçivəsində avqustun 17-də respublikamızın şimal-qərb bölgəsində olmuşdur.
Türkiyə dövlətinin başçısının Azərbaycanın bu bölgəsinə səfəri Zaqataladan başlamışdır.
Zaqatala Beynəlxalq hava limanında Prezident Abdullah Gülü böyük səmimiyyətlə qarşıladılar.
Məlumat verildi ki, Zaqatala Beynəlxalq hava limanının təməli 2006-cı ildə qoyulmuşdur. Hava limanının ümumi torpaq sahəsi 70,2 hektar, uçuş-enmə zolağının uzunluğu isə 2200 metrdir. Hava limanında inşaat işlərini dövlət vəsaiti hesabına Türkiyənin "Zema" şirkəti və "AZVİRT" firması görmüşlər. Bu nəqliyyat terminalının tikintisinə 22 milyon manat vəsat xərclənmişdir. Dördmərtəbəli inzibati bina birinci dərəcəlidir və saatda 120 sərnişinə xidmət göstərir. Ölkənin şimal-qərb bölgəsindəki bu müasir hava limanı 2008-ci ilin sentyabrında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir. Hava limanında 120 nəfər işlə təmin edilmişdir.
Sonra ali qonaq və onu müşayiət edən nümayəndə heyəti Şəkiyə yola düşdü.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında