Təzəpir məscid kompleksi ilə tanışlıq

Avqustun 17-də Türkiyə Prezidenti Abdullah Gül Azərbaycana rəsmi səfəri çərçivəsində Təzəpir məscid kompleksində olmuşdur.
Ali qonağı Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə qarşıladı.
Prezident Abdullah Gül Təzəpir məscid kompleksi ilə tanış oldu. Məlumat verildi ki, Prezident İlham Əliyevin göstərişi əsasında 2005-ci ildə məscidin bərpası və ətraf ərazilərin yenidən qurulması layihəsi hazırlanmış, burada onun ilkin görkəminə qaytarılması məqsədi ilə əzəli memarlığına xələl gətirməyən elementlərin əlavə edilməsi əksini tapmışdı. Məscidin bərpasında Azərbaycan nəqqaşlıq məktəbinin və Şərq oriyentalistikasının nadir nümunələrindən istifadə olunmuşdur.
Təzəpir məscidinin tamamlayıcı dekorativ elementlərinin üstü, minarələrin başı və kəmərbənd yazıları ən yüksək əyarlı qızıl lövhələrdəndir. Yuxarı hissədə "La İlahə-İlləllah" kəlməsi 6 dəfə təkrar olunmuş günbəzin tən ortasında Qurani-Kərimdən "Nas", dairələrdə "Ayətül-kürsü", kiçik gümbəzlərdə isə "Həmd" surələri həkk edilmişdir.
Türkiyə dövlətinin başçısına 1918-ci ilin sentyabrında Qafqaz İslam Ordusu tərəfindən Bakının erməni-daşnak işğalından azad edilməsi, həmin ordunun komandanı general Nuru Paşanın sentyabrın 16-da - Qurban bayramı günü bu məscidə gələrək minbərdən yerli əhalini salamlaması haqqında da ətraflı məlumat verildi. Bildirildi ki, həmin çıxışında Bakının xilası münasibətilə yerli əhalini təbrik edən Nuru Paşa həlak olmuş türk əsgərlərinin qanının azərbaycanlıların qanı ilə qarışmasının tarixi əhəmiyyətini vurğulamışdır.
Sonra Prezident Abdullah Gülə kompleksə daxil olan Bakı İslam Universitetinin tədris korpusu haqqında məlumat verildi. Bildirildi ki, korpusun hər mərtəbəsində 10 sinif otağı olmaqla 250 tələbənin təhsil alması üçün hər cür şərait yaradılmışdır.
Türkiyə Prezidenti kompleksdə Qafqaz Müsəlmanları İdarəsinin kitabxanası ilə tanış oldu. Kitabxanadakı 6 min nüsxə nadir əlyazma haqqında ali qonağa ətraflı məlumat verildi. Qeyd olundu ki, kitabxananın bir hissəsində dini verilişlərin hazırlanması üçün mini studiya yerləşir.
Prezident Abdullah Gül burada nümayiş olunan qədim kitablara, Təzəpir məscidi haqqında CD-lərə baxdı, fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.
Ali qonağa xatirə hədiyyələri təqdim olundu.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında