Türkiyə Prezidenti "Azər-Türk Bank"ın Bakıda yeni baş inzibati binasının açılışında iştirak etmişdir

Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Prezidenti Abdullah Gül avqustun 17-də "Azər-Türk Bank"ın Bakıda yeni baş inzibati binasının açılışında iştirak etmişdir.
"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyəti idarə heyətinin sədri Mehmet Sami Acarözmen, bankın müşahidə şurasının sədri, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və Türkiyənin Ziraat Bankının müşahidə şurasının sədri Müharrem Karslı ulu öndər Heydər Əliyevin xeyir-duası ilə 1995-ci ildə açılmış "Azər-Türk Bank"ın ölkələrimiz arasında iqtisadi münasibətlərin genişləndirilməsində mühüm rol oynadığını bildirmişlər.
"Azər-Türk Bank"ın respublikamızda dörd filialının fəaliyyət göstərməsi və yeni baş inzibati binasının açılışı Prezident İlham Əliyevin Azərbaycanda sahibkarlığın inkişafına hərtərəfli qayğısının əyani təzahürü kimi yüksək qiymətləndirilmişdir.
Prezident Abdullah Gül Azərbaycan ilə Türkiyə arasında dostluq, qardaşlıq və səmərəli əməkdaşlığın yüksək səviyyədə olduğunu, "Azər-Türk Bank" və digər iqtisadi qurumların timsalında iqtisadi əlaqələrin durmadan genişləndiyini vurğulamışdır.
Bankın fəaliyyətini xüsusi qeyd edən Abdullah Gül demişdir: "Bu bank balığı tutub vermir, hər kəsə balıq tutmağı öyrədir. Yəni iş adamı, təşəbbüsçü, sahibkar formalaşdırır, onların sayını artırır".
Sonra rəmzi açılışı bildirən lent kəsilmişdir.
Türkiyə dövlətinin başçısı yeni inzibati binada yaradılmış iş şəraiti ilə tanış olmuşdur.
Məlumat verilmişdir ki, "Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyəti "Aqrarkredit" Səhmdar Kredit Təşkilatı - Azərbaycan Respublikasının keçmiş Səhmdar Kommersiya Aqrar-Sənaye Bankı və Türkiyənin Ziraat Bankı Anonim Şirkəti tərəfindən 1995-ci ildə təsis edilmiş və həmin il iyulun 11-dən fəaliyyətə başlamışdır. Hazırda bankın nizamnamə kapitalı 10 milyon manatdır. Bankın dörd filialı vardır. Onlardan ikisi Bakıda, digərləri isə Gəncə və Naxçıvanda fəaliyyət göstərir.
Bildirilmişdir ki, ötən 15 ildə "Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyəti Azərbaycanın bank sektorunda fəal mövqeyi ilə seçilmiş, ildən-ilə aktivlərini, kredit qoyuluşunu, mənfəətini və kapital ehtiyatlarını artıraraq müsbət inkişaf dinamikası nümayiş etdirmişdir.
Türkiyə dövlətinin başçısı "Azər-Türk Bank"ın əməkdaşlarına yeni uğurlar arzulamışdır.
Sonda mərasim iştirakçıları Prezident Abdullah Gül ilə xatirə şəkli çəkdirmişlər.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında