Geniş tərkibdə görüş

Avqustun 16-da təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.
Azərbaycan dövlətinin başçısı İlham ƏLİYEV görüş iştirakçılarına müraciətlə dedi:
- Hörmətli cənab Prezident!
Hörmətli qonaqlar!
Mən sizi Azərbaycanda ürəkdən salamlayıram, xoş gəlmisiniz!
Sizin səfərinizin çox böyük əhəmiyyəti vardır. Biz bu gün artıq Sizinlə təkbətək görüşdə ikitərəfli münasibətlərin böyük hissəsini müzakirə etdik. Bir daha görürük ki, Türkiyə ilə Azərbaycan arasında dostluq-qardaşlıq münasibətləri uğurla inkişaf edir, bütün sahələri əhatə edir və bu əməkdaşlığın çox gözəl nəticələri vardır. Həm ikitərəfli formatda, həm regional müstəvidə Türkiyə-Azərbaycan qardaşlığı və birgə fəaliyyəti çox önəmli bir amilə çevrilibdir.
Mən əminəm ki, səfər zamanı çox səmərəli müzakirələr keçiriləcəkdir. Həm nümayəndə heyətlərinin üzvləri bir-biri ilə əlaqədə olacaqlar və həm də biz gələcək birgə fəaliyyət haqqında planlarımızı müəyyən edəcəyik.
Bir daha demək istəyirəm ki, bu əlaqələr müxtəlif sahələri əhatə edir. Əminəm ki, hər bir istiqamətdə gözəl nəticələr olacaqdır. Bir daha xoş gəlmisiniz!
* * *
Türkiyə Prezidenti Abdullah GÜL səmimi qəbula görə minnətdarlığını bildirərək dedi:
- Sağ olun. Təşəkkür edirəm.
Hörmətli qardaşım İlham Əliyevin dəvəti ilə bu səfəri həyata keçirməkdən böyük bir məmnunluq hissi duyuruq. Biz əslində öz vətənimizdə, ölkəmizdə, öz qardaşlarımızın arasındayıq. Azərbaycan ilə Türkiyə arasında dostluq-qardaşlıq münasibətləri, hamımızın bir millət olmaq ruhuna bağlılığımız hər şeydən əhəmiyyətlidir.
Bugünkü təkbətək görüşümüzdə bütün bunları nəzərdən keçirdik, məsləhətləşdik. Siyasi-iqtisadi məsələləri, regionla bağlı təhlükəsizlik məsələlərini Sizinlə bərabər müzakirə etmək çox faydalı oldu. Bu mövzularda Sizinlə artıq vaxtaşırı fikir mübadiləsi aparmışıq. Türkiyə ilə Azərbaycan arasında münasibətləri adi protokol münasibətlərindən kənar görürük. Tez-tez görüşməyimizin, vaxtaşırı müzakirələr aparmağımızın həm xalqlarımız üçün böyük faydası olacaq, həm də bütün bölgəmizdə hər kəs görəcəkdir ki, Türkiyə ilə Azərbaycan daim hər sahədə çiyin-çiyinədir. Bu baxımdan bu səfərin çox faydalı olacağına inanıram.
Belə isti avqust ayında bu səfəri həyata keçirdik. Qışda da Azərbaycana çox səfər etdik. Xəzərin küləkli, dalğalı olduğu vaxtlarda da yığıncaq keçirdik, görüşdük. Amma bugünkü görüşümüzün, nazirlərimizin öz aralarındakı görüşlərinin çox faydalı olacağına inanıram.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında