Prezident İlham Əliyev "Qusar-1" su elektrik stansiyasının təməlqoyma mərasimində iştirak etmişdir

Prezident İlham Əliyev avqustun 12-də "Qusar-1" kiçik su elektrik stansiyasının təməlqoyma mərasimində iştirak etmişdir.
İnşaatçılar dövlətimizin başçısını hərarətlə qarşıladılar.
"Azərenerji" ASC-nin sədri Etibar Pirverdiyev Prezident İlham Əliyevə məlumat verərək bildirdi ki, dövlətimizin başçısı respublikada 2010-cu ili alternativ enerji mənbələrinin istifadəsi və ekologiyanın yaxşılaşdırılmasında kəskin dönüş ili elan etmişdir. Prezident İlham Əliyevin 2009-cu il 16 noyabr tarixli sərəncamı ilə kiçik su elektrik stansiyalarının respublikada geniş tətbiq edilməsi məqsədi ilə xüsusi proqramların hazırlanması "Azərenerji" ASC-yə tapşırılmışdır.
Kiçik su elektrik stansiyalarının tikintisi bir tərəfdən elektrik enerjisinin istehsalında yanacağa qənaət edilməsinə, digər tərəfdən isə ətraf mühitin sağlamlaşdırılmasına imkan verir.
Layihənin əsas komponentləri haqqında dövlətimizin başçısına ətraflı məlumat verildi. Buraya xüsusi su hovuzu, hər birinin uzunluğu 577 metr, diametri 900 millimetr olan 3 boru xətti, turbin zalı, ümumi gücü 1 MVt olan 3 hidroturbin və hidrogenerator, 10 kV-luq yarımstansiya və elektrik verilişi xətləri daxildir.
Tikintinin 2011-ci ilin ikinci yarısında başa çatdırılması nəzərdə tutulur.
Layihənin icrası nəticəsində Qusar rayonunun Urva kəndi yaxınlığında inşa edilən su elektrik stansiyasında ildə 7 milyon kilovatt/saat elektrik enerjisi istehsal olunacaqdır.
Prezident İlham Əliyev "Qusar-1" kiçik su elektrik stansiyasının təməlini qoydu.
Dövlətimizin başçısına inşası nəzərdə tutulan bənd tipli iki su elektrik stansiyası barədə də məlumat verildi.
Prezident İlham Əliyev inşaatçıları və energetikləri təbrik etdi, onlara tapşırıq və tövsiyələrini verdi.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında