Gəncə Dövlət Filarmoniyasının binasında tikinti işlərinin gedişi ilə tanışlıq

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncə Dövlət Filarmoniyasının yeni binasında aparılan inşaat işləri ilə tanış olmuşdur.

Dövlətimizin başçısı filarmoniya binasının layihəsini əks etdirən stendə baxdı.

Gəncə Dövlət Filarmoniyası binasının təməli 2012-ci il yanvarın 21-də Azərbaycan Prezidentinin iştirakı ilə qoyulmuşdur. Filarmoniya binasında hazırda tikinti işləri sürətlə davam etdirilir.

Məlumat  verildi ki, burada 1200 tamaşaçı yeri olan konsert zalı, açıq yay kinoteatrı, rəsm qalereyası, urban mərkəzi, baxış qülləsi yaradılacaqdır. Binada iaşə xidməti obyektləri, həmçinin yeraltı qaraj və yardımçı otaqlar fəaliyyət göstərəcəkdir. Binanın fasadında Azərbaycan musiqi korifeylərinin heykəlləri ucaldılacaqdır.

Prezident İlham Əliyev tikinti işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı tapşırıqlarını verdi.

AzərTAc 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında