Yeni tikilmiş Gəncə dairəvi avtomobil yolu istifadəyə verilmişdir

 

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni inşa olunmuş Gəncə dairəvi avtomobil yolunun açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı əvvəlcə Yevlax-Gəncə və Gəncə dairəvi, eləcə də Ağstafa-Poylu-Gürcüstan dövlət sərhədi avtomobil yolları ilə bağlı stendlərə baxdı.

Son 10 ildə ölkəmizin yol-nəqliyyat strukturunda əsaslı dəyişikliklər baş verib. Nəqliyyat sisteminin təkmilləşdirilməsi, sərnişin daşımalarının beynəlxalq səviyyədə qurulması istiqamətində mühüm layihələr icra olunur. Ölkə ərazisindən keçən beynəlxalq əhəmiyyətli magistrallar müasir standartlar səviyyəsində tamamilə yenidən qurulur. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən indi əsas diqqət mərkəzi avtomagistralların, regionlarda isə kənd və qəsəbələri birləşdirən avtomobil yollarının təmirinə yönəldilmişdir. Bu proses Gəncə şəhərində da geniş vüsət almışdır. Yeni salınan Gəncə dairəvi avtomobil yolu bölgənin inkişafına, o cümlədən nəqliyyatın maneəsiz hərəkətinə mühüm töhfə verəcəkdir.

Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, avtomobil yolunda 4 körpü, müxtəlif səviyyəli 3 yol qovşağı, 9 avtobus dayanacağı inşa olunmuşdur. Əlavə iki zolağın inşası ilə yolun genişləndirilməsi nəzərdə tutulmuşdur.

Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, uzunluğu 37 kilometr olan yolda kifayət qədər piyada və mal-qara keçidləri, suötürücülər inşa olunmuşdur. Azərbaycan Prezidentinin sərəncam və göstərişləri ilə regionlarda icra olunan çoxsaylı mühüm layihələrdən biri əhalinin rahatlığının təminatında böyük əhəmiyyətə malik yeni dairəvi yolun əsas səmərəsi ondan ibarətdir ki, avtomobillər və xüsusilə də yük maşınları ölkənin şimal istiqamətinə Gəncə şəhərinə daxil olmadan hərəkət edəcəkdir.

 Daha sonra Prezident İlham Əliyevə Ağstafa-Poylu-Gürcüstan dövlət sərhədi avtomobil yolunun sxemi təqdim olundu.

Qeyd edildi ki, Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil magistralının bir hissəsi olan bu yolun uzunluğu 59 kilometrdir. Daxili investisiya hesabına salınan yolun tikintisinə 2011-ci ilin oktyabrında başlanılmış, ötən ilin sonunda başa çatdırılmışdır.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında