Prezident İlham Əliyev "Akkord" qranit-mərmər zavodunun açılış mərasimində iştirak etmişdir

Avqustun 9-da Prezident İlham Əliyev "Akkord" qranit-mərmər zavodunun açılış mərasimində iştirak etmişdir.
Prezident İlham Əliyev "Akkord" qranit-mərmər zavoduna gəldi. Dövlətimizin başçısına məlumat verildi ki, ölkəmizdə qranit və mərmər məhsullarının istifadəsinə artan tələbat bu istehsal sahəsinin genişləndirilməsi zərurətini yaratmışdır. Bu məqsədlə "Akkord" Şirkətlər Qrupu tərəfindən genişmiqyaslı tikinti-yenidənqurma işləri həyata keçirilmiş, daha müasir avadanlıqla təchiz olunan və geniş istehsal imkanlarına malik zavod inşa edilmişdir. Zavodun tikilməsi və yenidən qurulmasına 19 milyon manat vəsait sərf olunub ki, bunun da 3,5 milyon manatını İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun güzəştli krediti və Şirkətlər Qrupunun sərmayəsi təşkil etmişdir.
Dövlətimizin başçısı zavodun sərgi salonu ilə tanış oldu. Salonun girişində ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin müxtəlif istehsal müəssisələrinin açılış mərasimlərində iştirakından bəhs edən fotostend də yaradılmışdır.
Prezident burada qranit və mərmərdən hazırlanmış məhsullara baxdı. Qeyd olundu ki, qranit-mərmər zavodunun Azərbaycanda 2 ağlay yatağı, Türkiyədə Bej mərmər ocağı, Ukraynada isə qranit yataqları vardır. Zavodda məhsul istehsalında, həmçinin dünyanın bir sıra ölkələrindən gətirilən müxtəlif növ mərmər və qranit bloklardan, oniks və travertendən istifadə edilir. Prezident İlham Əliyev qranit emalı sexinə gəldi. Dövlətimizin başçısı istehsal prosesinin başlanmasını bildirən düyməni basaraq sexi işə saldı.
Qeyd olundu ki, texniki göstəricilərinə görə yüksək keyfiyyətli məhsullar istehsal edilməsi məqsədi ilə zavodda avtomatik idarə edilən dəzgahlar quraşdırılmış, həmçinin zavodun bütün sexlərində ətraf mühitin qorunması məqsədi ilə sutəmizləyici sistem yaradılmışdır. Zavodda böyük və kiçik ölçülü plitələr, pillə və sinəlik, sürahi, qırma kub daş, səki daşları, çanaqaltı daşlar istehsal ediləcəkdir. Daşlar xam, cilalanmış, zehlənmiş və yandırılmış səthlərə malik olacaqdır.
Qranit-mərmər zavodunun ərazisində yeni istehsal sahələri və müasir standartlara uyğun idarəetmə və xidmət binaları inşa olunmuşdur. Burada işçilərin istirahət etməsi və işləməsi üçün hər cür şərait yaradılmış, eyni zamanda, yüksək standartlara cavab verən ikimərtəbəli yeməkxana binası tikilmişdir. Zavodda və daş karxanalarında ümumilikdə 200-dən artıq işçinin çalışması nəzərdə tutulur.
Zavodla yaxından tanış olan dövlətimizin başçısı müvafiq tapşırıq və tövsiyələrini verdi.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında