Prezident İlham Əliyev Çexiyanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 16-da Çex Respublikasının

ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri

Radek Matulanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

Dövlətimizin başçısı ötən dövr ərzində Azərbaycan ilə Çexiya arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi. Dövlətimizin başçısı Radek Matulanın Azərbaycan-Çexiya ikitərəfli münasibətlərinin inkişafına verdiyi töhfəni vurğulayaraq gələcək fəaliyyətində ona uğurlar arzuladı.

Səfir Radek Matula Azərbaycandan ən xoş xatirələrlə ayrıldığını dedi. Ölkəmizdəki diplomatik fəaliyyətinə toxunan səfir Azərbaycanda Çexiyanın səfirliyinin fəaliyyətə başlamasının, ölkəsinin Baş nazirinin və Senat sədrinin Azərbaycana səfərlərinin və digər tədbirlərin keçirilməsinin münasibətlərimizin genişləndirilməsi baxımından əhəmiyyətini qeyd etdi. 

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında