Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiyanın Baş naziri Zoran Milanoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 16-da Xorvatiyanın Baş naziri Zoran Milanoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Xorvatiyanın Baş naziri Zoran Milanoviç ölkəmizdə gedən böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi.

Görüşdə Azərbaycan ilə Xorvatiya arasında əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi, Xorvatiya şirkətlərinin ölkəmizdəki fəaliyyətinin əlaqələrimizin inkişaf etdirilməsi baxımından əhəmiyyəti qeyd olundu. Söhbət zamanı dekabrın 17-də Bakıda “Şahdəniz -2” üzrə yekun investisiya qərarının imzalanması ilə bağlı keçiriləcək tədbirin önəmi vurğulandı.

Görüşdə Azərbaycan ilə Xorvatiya arasında əməkdaşlığın bir sıra sahələrdə inkişaf etdirilməsi, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında