Azərbaycan Prezidenti İlham Əliyevin və Fransa Prezidenti Fransua Ollandın görüşü

 

Noyabrın 29-da Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Fransa Respublikasının Prezidenti Fransua Ollandın görüşü olmuşdur.

Görüşdə Azərbaycan ilə Fransa arasında siyasi, iqtisadi, energetika və mədəniyyət sahələrində əməkdaşlığın inkişafından məmnunluq bildirildi. Fransa Prezidenti Fransua Olland Azərbaycanın əldə etdiyi iqtisadi uğurların ölkəsində maraqla izləndiyini vurğuladı. Fransa şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyi qeyd edildi və bu fəaliyyətin gələcəkdə də genişləndiriləcəyinə əminlik ifadə olundu. 

İkitərəfli əlaqələrin genişləndirilməsi üçün qarşılıqlı marağın olduğu bildirilən görüşdə Azərbaycan ilə Fransa arasında əməkdaşlığın Avropa İttifaqı çərçivəsində inkişafının əhəmiyyəti də qeyd edildi.

Söhbət zamanı Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıldı.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında