Azərbaycan Prezidenti İlham Əliyev Avropa Olimpiya Komitəsinin prezidentini və Avropa Olimpiya Komitəsinin icraedici komitəsinin üzvünü qəbul etmişdir

 

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Avropa Olimpiya

Komitəsinin prezidenti Patrik Hikkini və Avropa Olimpiya Komitəsinin icraedici komitəsinin üzvü Spiros Kapralosu qəbul etmişdir.

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki yenidən Prezident seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi. O, ölkəmizdə sürətli iqtisadi inkişaf proseslərinin, idman infrastrukturunun daha da genişləndirilməsi istiqamətində böyük işlərin görüldüyünün şahidi olduğunu məmnunluqla qeyd etdi.

Görüşdə Azərbaycanda idmanın müxtəlif sahələrinin inkişaf etdirilməsi ilə bağlı görülən işlərin önəmi vurğulandı, 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq işləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında