Azərbaycan Prezidenti İlham Əliyev Bakının Nərimanov rayonu ərazisində yeni salınan Dədə Qorqud parkında görülən işlərlə tanış olmuşdur

 

Parkda görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verildi. Bildirildi ki, parkda paytaxt sakinlərinin istirahəti üçün bütün lazımi şəraitin yaradılması istiqamətində işlər ardıcıl olaraq həyata keçirilir. İnşaat işləri ilə yanaşı, parkda yeni yaşıllıq zolaqları salınır, abadlıq və quruculuq işləri görülür. Parkda Azərbaycan mədəniyyətinin nadir nümunələrindən olan Dədə Qorqud dastanına ucaldılan abidə kompleksi üzərində tamamlama işləri də həyata keçirilir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva parkın ərazisini gəzdilər, inşaat işlərinin gedişi ilə maraqlandılar.

Dövlətimizin başçısı görüləcək işlərlə bağlı müvafiq tapşırıqlarını verdi.  

AzərTAc

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında