Tallinnin Ratuşası ilə tanışlıq

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 7-də Tallinnin Köhnə şəhərində yerləşən və buranın əsas yerlərindən olan Ratuşaya gəlmişdir.
Şəhərin meri Edqar Savisaar Prezident İlham Əliyevi Ratuşanın önündə qarşıladı.
Tallinnin meri Azərbaycan dövlətinin başçısını salamlayaraq vurğuladı ki, 600 il bundan əvvəl şəhərin bu tarixi abidəsi barədə çox mühüm bir qərar qəbul olunmuşdur. Qərara əsasən şəhərin yüksək səviyyəli qonaqlarını burada qarşılayırlar.
Tallinnin tarixi və bu günü haqqında ətraflı məlumat verən E.Savisaar bildirdi ki, Şimali Avropanın qədim paytaxtlarından biri olan bu şəhər Estoniyanın ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayır. Əsrlər boyu Tallinn çoxmillətli şəhər olmuşdur. Hazırda burada 120 millətin nümayəndələri yaşayır.
Bu qədim şəhərdə 700-dək azərbaycanlının yaşadığını qeyd edən mer, həmvətənlərimizin Azərbaycan ilə Estoniya arasında ən yaxşı körpü olduğunu vurğuladı.
E.Savisaar bildirdi ki, Estoniyada yaşayan azərbaycanlılar bu ölkədə uğurla fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində birləşmişlər. Mərkəz azərbaycanlıların həmrəy olmasına, dilinin, adət-ənənələrinin qorunmasına və Azərbaycan-Estoniya münasibətlərinin inkişafına xidmət edir. Biz çox şadıq ki, Tallinndə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın adını daşıyan Azərbaycan uşaq bağçası da fəaliyyət göstərir.
Azərbaycan Prezidenti İlham Əliyev Ratuşanın fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.
Sonra Prezident İlham Əliyev Tallinnin meri Edqar Savisaarın müşayiəti ilə Ratuşanın binası ilə tanış oldu.
Bildirildi ki, XV əsrin əvvəlində mərkəzi ticarət meydanında inşa edilmiş bu tarixi abidə dövlət tərəfindən Şimali Avropanın yeganə qotik üslubda olan memarlıq incisi kimi qorunur. Estoniya paytaxtına gələn turistlərin diqqətini daha çox çəkən 600 illik tarixə malik Ratuşada əsrlər boyu magistrat üzvləri - ratmanlar şəhər həyatının mühüm məsələlərini müzakirə etmişlər. Bu gün isə burada rəsmi mərasimlər, sərgilər, konsertlər keçirilir. İkimərtəbəli tarixi binada Ratuşa, Bürqer, Magistr, Ticarət, Podval zalları və dövlət xəzinə idarəsi yerləşir.
Ratuşa ilə tanışlıq zamanı bildirildi ki, Tallinnə xüsusi yaraşıq verən bu tarixi memarlıq abidəsinin ən əsas elementlərindən biri də paytaxtın rəmzi olan və bir çox əfsanələrdə xatırlanan "Qoca Tomas" yelqovanıdır. Bu yelqovan 1530-cu ildə Ratuşanın qülləsində qurulmuşdur.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında