Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin xarici ticarət məsələləri üzrə dövlət naziri Zəfər Çağlayanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 28-də Türkiyənin xarici ticarət məsələləri üzrə dövlət naziri Zəfər Çağlayanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı Türkiyənin xarici ticarət məsələləri üzrə dövlət naziri Zəfər Çağlayanın Azərbaycana səfərinin uğurlu olacağına əminliyini bildirmişdir. Ölkələrimiz arasında iqtisadi sahədə əlaqələrin yaxşı səviyyədə olduğunu qeyd edən Prezident İlham Əliyev bu əlaqələri daha da genişləndirmək üçün imkanların mövcudluğunu vurğulamışdır. Nazirlə birlikdə türkiyəli iş adamlarının da ölkəmizə səfər etməsinə toxunan dövlətimizin başçısı bunun yerli iş adamları ilə birgə fəaliyyət qurmaq və əlaqələrimizin daha da inkişaf etdirilməsi baxımından önəmli olduğunu demişdir.
Türkiyənin xarici ticarət məsələləri üzrə dövlət naziri Zəfər Çağlayan Türkiyə Prezidenti Abdullah Gülün və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırmışdır. O, Azərbaycanda ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan böyük inkişaf proseslərinin bu gün uğurla davam etməsindən məmnun olduğunu bildirmişdir. Bir il əvvəl ölkəmizə səfərini xatırlayan Zəfər Çağlayan ötən dövr ərzində şəhərdə yeni-yeni gözəl binaların tikildiyinin, geniş yolların salındığının və Bakıda dünyanın heç bir ölkəsində olmayan yüksəlişin şahidi olduğunu qeyd etmişdir. 2009-cu ildə dünyada baş verən maliyyə böhranına baxmayaraq, Azərbaycan iqtisadiyyatının 9 faiz artdığını vurğulayan qonaq ölkəmizin inkişafından qürur duyduqlarını demiş və əldə edilən yüksək nailiyyətlərə görə dövlətimizin başçısını təbrik etmişdir.
Xoş sözlərə görə qonağa təşəkkür edən dövlətimizin başçısı ölkəmizdə böyük inkişaf proseslərinin getdiyini vurğulayaraq bildirmişdir ki, Azərbaycanın uğuru Türkiyənin, Türkiyənin uğuru isə Azərbaycanın uğurudur. Prezident İlham Əliyev Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirmişdir.
Dövlətimizin başçısı Türkiyə Prezidenti Abdullah Gülün və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirmiş, onun da salamlarını Türkiyənin Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etmişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında