Prezident İlham Əliyev Lənkəranda Gənclər Mərkəzinin açılışında iştirak etmişdir

 

Sentyabrın 5-də Prezident İlham Əliyev Lənkəranda Gənclər Mərkəzinin açılışında iştirak etmişdir. Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, üçmərtəbəli binanın tikintisinə ötən ilin iyulunda başlanmış və tikinti işləri bu ilin avqustunda başa çatdırılmışdır. Ərazisi 1610 kvadratmetr olan mərkəz respublikadakı ən böyük gənclər mərkəzlərindən biridir.

Mərkəzin foyesində gənclərə daim diqqət göstərən ümummilli lider Heydər Əliyevin büstü qoyulmuşdur. Burada həmçinin, ulu öndərin və Prezident İlham Əliyevin ictimai-siyasi fəaliyyətinin müxtəlif məqamlarını, eləcə də gənclərlə görüşlərini əks etdirən fotolardan ibarət guşələr yaradılmışdır. Binanın birinci mərtəbəsindəki şahmat və internet otaqları bütün lazımi avadanlıqla təchiz olunmuşdur. Əsas məqsəd yeniyetmələr arasında elmi-texniki biliklərin təbliği, onların elmi-yaradıcı təşəbbüslərinin artırılması, bu sahədə istedadlı gənclərin üzə çıxarılmasıdır. Gənclər Mərkəzində kompyuter bilikləri və xarici dil üzrə xüsusi kursların təşkili də planlaşdırılır. Müasir konfrans zalına malik mərkəzdə gənclər üçün müxtəlif mövzularda dəyirmi masalar keçirmək mümkün olacaqdır. Bundan başqa, mərkəzdəki 3D formatlı kino zalı da orijinallığı ilə diqqəti cəlb edir. Mərkəzdə gənclər kafesi də fəaliyyət göstərəcəkdir.

Bildirildi ki, binanın ikinci mərtəbəsində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin gənclər siyasətini əks etdirən fotoguşələr yaradılmışdır. Bu mərtəbədə fəaliyyət göstərəcək əyləncə mərkəzində müxtəlif oyun aparatları quraşdırılmışdır. Burada yaradılmış atıcılıq salonu ən müasir avadanlıqla təchiz olunmuşdur. Salonda gənclərin ibtidai hazırlıq keçmələri və interaktiv, pnevmatik avtomatdan atəşaçma bacarıqlarının yüksəldilməsi istiqamətində məqsədyönlü işlər aparılacaqdır. Yaradıcılıq mərkəzində gənclər həm sənət öyrənəcək, həm də onların əl işləri sərgilənəcəkdir. Gənclər Mərkəzinin üçüncü mərtəbəsində isə 30 yerlik qapalı, 150 yerlik açıq zal fəaliyyət göstərəcəkdir. Bir sözlə, mərkəz gənclərin asudə vaxtlarının səmərəli təşkilində, onların ictimai fəallığının yüksəldilməsində mühüm rol oynayacaqdır.

Prezident İlham Əliyev yeni mərkəzdə cənub regionun ali məktəblərə builki qəbul imtahanlarında yüksək bal toplamış gəncləri ilə görüşdü. (Görüşdən geniş hesabat qəzetin növbəti nömrəsində dərc ediləcəkdir).

* * *

Sonda xatirə şəkli çəkdirildi.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında