Prezident İlham Əliyev Biləsuvar Rayon İcra Hakimiyyətinin yeni inzibati binasında yaradılmış şəraitlə tanış olmuşdur

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Biləsuvara səfəri çərçivəsində rayon icra hakimiyyətinin yeni inzibati binasında yaradılmış şəraitlə tanış olmuşdur.

Dövlətimizin başçısına məlumat verildi ki, rayon icra hakimiyyətinin köhnə binası 1950-ci illərdə istifadəyə verilmişdir. Əvvəllər bina müxtəlif  təyinatlar üçün istifadə  olunmuşdur. 1992-ci ildən isə icra hakimiyyətinin binası kimi fəaliyyət göstərməyə başlamışdır. Ötən illər ərzində binada əsaslı təmir aparılmadığından iş şəraiti əlverişsiz olmuşdur.

Diqqətə çatdırıldı ki, yeni inzibati binanın tikintisinə 2012-ci ilin iyulunda başlanmış, bu ilin iyulunda başa çatdırılmışdır. Binanın girişində ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur. Burada ümummilli liderin və Prezident İlham Əliyevin Biləsuvara səfərlərini əks etdirən fotoguşə yaradılmışdır.

Prezident İlham Əliyev binada yaradılmış şəraitlə tanış oldu. Üç mərtəbədən ibarət bina bütün lazımi avadanlıqla təchiz edilmişdir. Otaqların hamısı müasir tələblər səviyyəsində qurulmuşdur. Heydər Əliyev prospektində inşa olunmuş və şəhərin gözəlliyini artıran  binanın fasadı yerli tikinti materialları ilə üzlənmişdir.

Qeyd edildi ki, binanın birinci mərtəbəsində 8 iş otağı və 40 nəfərlik yeməkxana vardır. İkinci mərtəbədə müxtəlif toplantıların və “dəyirmi masa”ların keçirilməsi üçün konfrans zalı və 10 işçi otaq yaradılmışdır. Üçüncü mərtəbədə isə böyük akt zalı və 13 iş otağı vardır. Ərazidə geniş yaşıllaşdırma işləri aparılmış, müxtəlif bəzək elementləri, müasir işıqlandırma sistemi quraşdırılmışdır. İnzibati binada sakinlərlə və yerli icra nümayəndəlikləri ilə birbaşa əlaqə üçün videokonfrans zalı, operativ idarəetmə mərkəzi yaradılmışdır.

Prezident İlham Əliyev operativ idarəetmə mərkəzinə baxdı. Burada online videoqəbul da mümkün olacaqdır. Sakinlər binaya gəlmədən kənd və qəsəbə icra nümayəndəliklərinə müraciət edərək onları narahat edən problemlərlə əlaqədar rayon icra hakimiyyətinin başçısı və digər məsul şəxslərlə birbaşa videoəlaqə yarada biləcəklər. Artıq şəhər icra nümayəndəliyi və yeddi kənd icra nümayəndəliyi şəbəkəyə qoşulmuşdur. Müasir standartlara cavab verən səs, istilik, işıq sistemləri ilə təchiz edilən 150 nəfərlik konfrans zalında  müxtəlif  tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılmışdır.

Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında