Salyan Rayon İcra Hakimiyyətinin yeni inzibati binası istifadəyə verilmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Salyan Rayon İcra

Hakimiyyətinin yeni inzibati binasının

açılışında iştirak etmişdir.

Dövlətimizin başçısına məlumat verildi ki, binanın tikintisinə 2011-ci ilin dekabrında başlanılmış, inşaat işləri ötən ilin avqustunda başa çatdırılmışdır. Binanın ərazisi 1800, tikintialtı sahəsi isə 1044 kvadratmetrdir. Üçmərtəbəli binanın foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur. Burada ümummilli liderin və Prezident İlham Əliyevin Salyan rayonuna səfərlərini əks etdirən fotoşəkillərdən ibarət guşələr yaradılmışdır.

Binanın birinci mərtəbəsində 11 xidməti, vətəndaşların qəbulu və xüsusi rabitə otaqları vardır. İkinci mərtəbədə şəhər və kənd inzibati ərazi nümayəndələri ilə canlı videobağlantı üçün operativ idarəetmə mərkəzi və 292 yerlik iclas zalı yaradılmışdır. Binanın üçüncü mərtəbəsində isə ali qonaq otağı və 10 iş otağı yerləşir. İnzibati binada işçilərin səmərəli iş şəraiti ilə təmin olunmaları üçün bütün imkanlar yaradılmışdır.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında