Prezident İlham Əliyev Zaqatalada Heydər Əliyev Mərkəzinin binasında tikinti işlərinin gedişi ilə tanış olmuşdur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 17-də Zaqatalada Heydər Əliyev Mərkəzinin binasında tikinti işlərinin gedişi ilə tanış olmuşdur.

Dövlətimizin başçısına məlumat verildi ki, Mərkəzin tikintisinə bu ilin aprelində başlanmışdır. Ən müasir standartlar səviyyəsində inşa olunan Mərkəzin binasında muzey, iki konfrans salonu, kinozal, internet-kitabxana, milli rəqs, heykəltəraşlıq, dizayn, xalq yaradıcılığı və foto studiyaları, həmçinin dərnək otaqları və kafe yaradılacaqdır.

Binada daş-hörgü işləri başa çatdırılmışdır. Hazırda dam örtüyü quraşdırılır və suvaq işləri görülür. Binanın həyətində 2 min 500 kvadratmetr əraziyə tamet plitə döşənəcək, 4 min 700 kvadratmetr ərazidə isə yaşıllıq salınacaqdır. Burada, həmçinin fəvvarəli üç hovuzun tikintisi nəzərdə tutulur. Tikinti işlərinin 2014-cü ilin mayında başa çatdırılması planlaşdırılır. Heydər Əliyev Mərkəzində 25-30 nəfər daimi işlə təmin olunacaqdır.

Prezident İlham Əliyev tikinti işlərinin yüksək səviyyədə həyata keçirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verdi. 

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında