“Şəki xanlarının evi” ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 14-də Şəkiyə səfəri çərçivəsində “Şəki xanlarının evi”nin açılışında da iştirak etmişdir.

Son illərdə ölkədə mədəniyyət sahəsi də yüksək səviyyədə dövlət qayğısı ilə əhatə olunmuşdur. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva regionlara səfərləri zamanı mədəniyyət obyektləri ilə də yaxından tanış olurlar. Dövlətimizin başçısı lazım gəldikdə onların yenidən qurulması ilə bağlı tapşırıqlarını verir. Xatırladaq ki, 2006-cı il aprel ayının 13-də Prezident İlham Əliyevin Şəkiyə səfəri zamanı uzun illər ərzində əsaslı təmir edilməyən və yararsız vəziyyətə düşmüş “Şəki xanlarının evi”nin təmir edilməsi barədə dövlətimizin başçısının tapşırığına əsasən XVIII əsrə aid bu tikili yenidən qurulmuşdur.

Dövlətimizin başçısı binanın, Heydər Əliyev və M.F.Axundzadə prospektlərinin bərpadan əvvəlki və sonrakı görüntülərini əks etdirən stendlərə baxdı.

Bina ilə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, “Şəki xanlarının evi”nin bərpası işlərinə 2012-ci ilin noyabrında başlanılmışdır. Altı otaqdan, dörd dəhlizdən və iki eyvandan ibarət bina çiy kərpicdən tikilmiş, pəncərələri şəbəkə üsulu ilə düzəldilmişdir. Ərazisi 700 kvadratmetr olan binanın yenidən qurulması Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında aparılmışdır. Otaqlardan biri xüsusi rəsmlərlə bəzədilib və qonaq otağı kimi nəzərdə tutulmuşdur.

Diqqətə çatdırıldı ki, XVIII əsrə aid tarixi abidə olan “Şəki xanlarının evi” ilk dəfədir təmir edilir. Bərpa işləri həyata keçirilərkən binanın tarixi görkəmi saxlanılmışdır. İkimərtəbəli binanın əsas otağında milli ornamentlərə uyğun olaraq Azərbaycan tarixini əks etdirən şəkillər və tarixən bu ərazilərdə yaşayan xalqların nümayəndələrinin portretləri əks olunmuşdur. Mədəniyyət və Turizm Nazirliyinin əmrinə əsasən “Şəki xanlarının evi” abidə-muzey kimi fəaliyyət göstərəcəkdir. Sonra abidənin hər bir otağı öz təyinatına uyğun olaraq eksponatlarla təmin ediləcəkdir. Ümumilikdə, Şəkidə 84 dünya və yerli əhəmiyyətli memarlıq abidəsi vardır. “Şəki xanlarının evi” isə Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun tərkibində fəaliyyət göstərir. Həmin qoruqda “Şəki xanlarının evi” ilə yanaşı, qeydiyyatdan keçən 25 abidə vardır.

Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirdi.

Sonda xatirə şəkli çəkdirildi.

AzərTAc

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında