Prezident İlham Əliyev Yasamal rayonundakı 31 nömrəli orta ümumtəhsil məktəbində aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olmuşdur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Yasamal rayonundakı 31 nömrəli orta ümumtəhsil məktəbində aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olmuşdur.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə təhsil islahatlarının genişləndirilməsi və bu sahədə keyfiyyət dəyişikliklərinə nail olunması istiqamətində görülən işlər artıq  öz bəhrəsini verir. Bunun nəticəsidir ki, indiyə qədər ölkədə  2200-dən çox məktəb binası tikilmiş, Azərbaycanda heç vaxt olmayan qədər geniş bazaya malik təhsil infrastrukturu yaradılmışdır. Yeni təhsil ocaqlarının inşası ilə yanaşı, mövcud məktəblər üçün əlavə  tədris korpuslarının tikintisi geniş vüsət almışdır. Son illərdə 2000-ə  yaxın məktəb üçün əlavə korpus inşa olunmuşdur. Təkcə 2011-ci ildə Bakıda 60-dan çox məktəbin binası əsaslı təmir edilmişdir. 2012-ci ildə 81 məktəbin binası təmir olunmuş, yeni korpuslar tikilmişdir. Bu il ərzində isə 120  məktəbdə yenidənqurma işlərinin aparılması nəzərdə tutulmuşdur ki, indi bu proses uğurla aparılır. Yasamal rayonundakı 31 nömrəli orta ümumtəhsil məktəbində aparılan əsaslı təmir və yenidənqurma işləri də bu sırada mühüm yer tutur.

Dövlətimizin başçısına məlumat verildi ki, ötən əsrin əvvəllərində tikilən bu təhsil ocağı 1936-cı ildə oğlanlar üçün ixtisaslaşdırılmış məktəb kimi  fəaliyyət göstərmişdir. 1941-1945-ci illərdə təxliyə hospitalına çevrilən məktəb Böyük Vətən müharibəsi başa çatdıqdan sonra  yenidən öz qapılarını şagirdlərin üzünə açmışdır. Uzun illər  ərzində əsaslı təmir olunmayan məktəbdə yaranan vəziyyət yenidənqurma işlərinin aparılmasını zərurətə çevirmişdi. Azərbaycan Prezidentinin diqqət və qayğısı sayəsində digər təhsil  ocaqlarında olduğu kimi, bu məktəbdə də görülən yenidənqurma işləri artıq başa çatmışdır. Dördmərtəbəli, ümumi sahəsi 4000 kvadratmetr olan 650 şagird yerlik məktəbdə tədris üçün bütün zəruri baza yaradılmışdır.

Bildirildi ki, tədrisin bir növbədə aparılacağı məktəbdə bütün siniflər yüksək səviyyədə təmir olunmuş və onların hamısı tədris avadanlığı, o cümlədən əyani  vəsaitlərlə təchiz edilmişdir. Üç fənn laboratoriyasından başqa yaradılan iki informatika sinfində şagirdlərin informasiya texnologiyalarına yiyələnmələri üçün hər cür şərait yaradılmışdır.

Onu da qeyd edək ki, digər məktəblərdə olduğu kimi, bu təhsil ocağında da siniflərin istilik sistemi ilə təchiz olunmasına xüsusi diqqət göstərilmişdir. Bundan əlavə, məktəbdəki idman zalı da yenidən qurulmuş, burada şagirdlərin idmanla məşğul olmaları üçün zəruri avadanlıq quraşdırılmışdır. Akt zalında isə məktəb həyatı ilə bağlı tədbirlərin keçirilməsi üçün bütün imkanlar vardır. Gələcəkdə  məktəbin ətrafında geniş abadlıq işlərinin davam etdirilməsi nəzərdə tutulur və bu çərçivədə idman meydançasının, həmçinin akt zalının daha da genişləndirilməsi planlaşdırılır. 

Məktəbdə yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.  

 

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında