Heydər Əliyev Mərkəzi ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Kürdəmirə səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olmuşdur. 

Dövlətimizin başçısına məlumat verildi ki, mərkəzin yerləşdiyi Heydər parkı Kürdəmir şəhər sakinlərinin üz tutduqları ən sevimli məkanlardan biridir. Burada yerli əhalinin və qonaqların istirahəti üçün hər cür şərait yaradılmışdır. Ərazidə aparılan kompleks yenidənqurma, abadlaşdırma və yaşıllaşdırma işləri bu məkanı Kürdəmirin ən gözəl yerlərindən birinə çevirmişdir.

Azərbaycan Prezidenti mərkəzdə fotoguşələrə baxdı.

Mərkəzdə ulu öndər Heydər Əliyevin möhtəşəm portreti diqqəti cəlb edir. Burada ümummilli liderin və Prezident İlham Əliyevin Kürdəmir rayonuna müxtəlif dövrlərdə səfərlərini əks etdirən fotoguşələr xüsusi zövqlə tərtib olunmuşdur.

Nümayiş etdirilən fotolarda ulu öndərin uşaqlıq, yeniyetməlik, tələbəlik dövrü, Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini olduğu dövrləri, 1990-1992-ci illərdə Naxçıvandakı fəaliyyətini və sonradan Azərbaycan Respublikasının Prezidenti olduğu dövrlərin ayrı-ayrı məqamları geniş işıqlandırılmışdır. Dahi rəhbər Heydər Əliyev bütün mənalı və şərəfli ömrünü, özünün də dediyi kimi, Azərbaycan xalqına bağışlamışdır. Buradakı eksponatlar və fotolardan da aydın görünür ki, müasir Azərbaycan tarixinin çox mühüm və taleyüklü səhifələri məhz dünya şöhrətli siyasi xadim Heydər Əliyevin adı ilə bağlıdır. İkinci mərtəbədə ekspozisiya zalı və müxtəlif tədbirlərin keçirilməsi üçün 30 nəfərlik konfrans zalı vardır. Burada, həmçinin ümummilli liderin zəngin irsini təbliğ etmək üçün tədris otağı yaradılmışdır.

Dövlətimizin başçısına məlumat verildi ki, Heydər Əliyev Mərkəzinin inşasına ötən ilin iyulunda başlanılmış, bu ilin iyulunda başa çatdırılmışdır. Ümumi sahəsi 2524 kvadratmetr olan mərkəzin üçmərtəbəli binasında ulu öndər Heydər Əliyevə aid kitablar və müxtəlif tarixi sənədlər də sərgilənir. Mərkəzin elektron kitabxana, tədris, poeziya otaqları, 300 nəfərlik akt zalı, xarici dil kursları da ən müasir səviyyədə tərtib olunmuşdur. Burada rəqs, heykəltəraşlıq, xalçaçılıq dərnəkləri, rəsm studiyası, 3D kinozalı, internet kafe və fotostudiya fəaliyyət göstərir. Bir sözlə, mərkəzdə ulu öndər Heydər Əliyevin zəngin siyasi irsinin hərtərəfli təbliği üçün geniş şərait yaradılmışdır.

 

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında