Azərbaycan Prezidenti İlham Əliyev paytaxtın Füzuli və Mirzəağa Əliyev küçələrinin arasında inşa olunmuş

 

yeraltı avtomobil dayanacağının açılışında iştirak etmişdir

İyulun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev paytaxtın Füzuli və Mirzəağa Əliyev küçələrinin arasında inşa olunmuş yeraltı avtomobil dayanacağının açılışında iştirak etmişdir.

Son dövrlərdə Bakıda yaradılan yeraltı avtomobil dayanacaqları da paytaxtda tıxacların qarşısının alınması, avtomobillərin maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək baxımından mühüm rola malikdir. Belə dayanacaqların yaradılması ilə yanaşı, yeraltı piyada keçidlərinin inşası da yol-nəqliyyat infrastrukturunun daha da müasirləşdirilməsi istiqamətində atılan addımların nəticəsidir.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dövlətimizin başçısına yeraltı avtomobil dayanacağının texniki göstəriciləri barədə məlumat verdi.

Bildirildi ki, yeraltı dayanacaq 4500 avtomobil tutumuna, bundan əlavə, 37 avtomobil tutumu olan xüsusi bölməyə malikdir. Burada, həmçinin avtoyuma məntəqələri də fəaliyyət göstərəcəkdir. Dayanacaq üçmərtəbəlidir və ümumi sahəsi 21 hektardır. Mərtəbələrdən ikisi avtomobil dayanacağı, biri isə texniki mərtəbədir. Texniki mərtəbədə digər qurğularla yanaşı, 1200 kubmetr tutumu olan 8 su hovuzu da yerləşir. Yeraltı dayanacaq müasir avadanlıq və sistemlərlə təchiz edilmişdir. Burada ən müasir havalandırma, yanğından mühafizə və təhlükəsizlik sistemləri quraşdırılmışdır. Təhlükəsizliyin və nəzarətin tam təmin edilməsi məqsədilə dayanacaqda 270-ə yaxın kamera qoyulmuşdur. Bundan əlavə, çıxışlar 700 dərəcəyə dözən şüşəbəndlərlə bağlanmışdır. Burada 5 giriş-çıxış mövcuddur. Şəmsi Bədəlbəyli küçəsi yeraltı dayanacağın üzərindən keçdiyindən bu hissə körpü prinsipi ilə inşa edilmişdir.

Prezident İlham Əliyev yeraltı avtomobil dayanacağının üstündə salınan park, bağ və fəvvarələr kompleksini gəzdi.

Məlumat verildi ki, yeraltı avtodayanacaqda 14 lift quraşdırılmışdır. Parkın ətrafında 7 yeraltı keçid inşa edilmiş və 24 eskalatorla təchiz olunmuşdur. Əlillər üçün 8 lift-eskalator fəaliyyət göstərir. Beləliklə, 7 hektar sahəsi olan bu kompleks indi paytaxt sakinlərinin və qonaqların ən sevimli istirahət məkanlarından birinə çevrilmişdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında