Azərbaycan Prezidenti İlham Əliyev Əfqanıstanın daxili işlər nazirini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 7-də Əfqanıstanın daxili işlər naziri Qulam Mustafa Patangı qəbul etmişdir.

Daxili işlər naziri Qulam Mustafa Patang Əfqanıstan Prezidenti Həmid Kərzainin salamlarını dövlətimizin başçısına çatdırdı.

Görüşdə Azərbaycan ilə Əfqanıstan arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğu bildirildi, ölkələrimizin müxtəlif sahələrdə yaxşı əməkdaşlıq etdiyi vurğulandı. Bu əməkdaşlığın daxili işlər orqanları arasında da inkişaf etdirilməsi üçün geniş imkanların olduğu diqqətə çatdırıldı. Nazir Qulam Mustafa Patangın Azərbaycana səfəri zamanı bu sahədə əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlərin müzakirə ediləcəyinə və yaxşı nəticələrin əldə olunacağına əminlik ifadə edildi.

Dövlətimizin başçısı Prezident Həmid Kərzainin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Əfqanıstan dövlətinin başçısına çatdırmağı xahiş etdi.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında