Prezident İlham Əliyev Yunanıstanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də Yunanıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İoannis Metaksası diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

Səfir İoannis Metaksasın ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə Yunanıstan arasında  əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı səfirə gələcək fəaliyyətində uğurlar arzuladı. 

Görüşdə Azərbaycan ilə Yunanıstan arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olundu, əlaqələrimizin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd edildi, əməkdaşlığımızın daha da genişləndirilməsi üçün böyük imkanların olduğu vurğulandı. Söhbət zamanı ölkələrimizin enerji, sərmayə qoyuluşu və digər sahələrdə tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında