Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniyanın müdafiə nazirinin Parlamentar Beynəlxalq Təhlükəsizlik Strategiyası üzrə birinci müavinini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 25-də Böyük Britaniyanın müdafiə nazirinin Parlamentar Beynəlxalq Təhlükəsizlik Strategiyası üzrə birinci müavini Endrü Morrisonu qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında əlaqələrin yüksək səviyyədə olduğu bildirildi, əməkdaşlığımızın müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, enerji və digər sahələrdə inkişafından məmnunluq ifadə olundu, ölkələrimizin BMT çərçivəsində əməkdaşlığının önəmi vurğulandı. Söhbət zamanı Azərbaycan hərbçilərinin Əfqanıstandakı sülhməramlı missiyanın tərkibindəki uğurlu fəaliyyəti və ölkəmizin Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə verdiyi töhfə yüksək qiymətləndirildi, bu əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminlik ifadə olundu.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında