“Alov qüllələri” kompleksindəki “Fairmont Baku” otelinin açılışı olmuşdur

 

Prezident İlham Əliyev açılışda iştirak etmişdir

İyunun 24-də “Alov qüllələri” kompleksindəki “Fairmont Baku” otelinin açılışı olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak etmişlər.

Dövlətimizin başçısı “Fairmont Baku” otelinin rəmzi açılışını bildirən lenti kəsdi.

Şərq ilə Qərbin qovuşduğu coğrafi ərazidə yerləşən ölkəmizin paytaxtı özünəməxsus memarlığı ilə fərqlənir. Paytaxtın simasına xüsusi yaraşıq verən yeni memarlıq nümunələrinin inşası Bakını daha da gözəlləşdirir. Bu gün Azərbaycan paytaxtında həyata keçirilən quruculuq işləri nəticəsində Bakının müasir siması yaradılır, şəhər sakinlərinin, paytaxtımıza gələn qonaqların istirahətinin yüksək səviyyədə təşkili üçün yeni məkanlar qurulur. Artıq tikintisi başa çatan möhtəşəm “Alov qüllələri”nin inşası da bu sırada mühüm yer tutur. Bu, son illərdə Azərbaycanda gedən inkişaf proseslərinin göstəricisi olmaqla yanaşı, ölkəmizin müasir simasının yaradılması istiqamətində atılan mühüm addımlardandır. “Alov qüllələri” ideyası özlüyündə bir element kimi son dərəcə maraqlıdır. Bu, ilk növbədə son illər Odlar Yurdu Azərbaycanda aparılan quruculuq və abadlıq işlərinin miqyasını göstərir. Ona görə də “Alov qüllələri” həm ideya, həm də arxitektura baxımından diqqəti cəlb edən nadir nümunələrdəndir.

“Alov qüllələri”nin istifadəyə hazır olan “Fairmont Baku” otelində yaradılan şərait öz görkəmini sürətlə dəyişən Bakının artıq dünyanın ən gözəl şəhərləri sırasında yerini möhkəmləndirdiyini göstərir. Müasir dizaynı ilə seçilən bu kompleksdə beynəlxalq və milli memarlıq üslubu peşəkarlıqla uzlaşdırılmışdır. Azərbaycan dövlətinin xalqımızın milli mənəvi dəyərlərinə, zəngin irsinə göstərdiyi həssas münasibət bu otel kompleksinin inşası zamanı başlıca meyarlardan olmuşdur.

İldən-ilə iqtisadi qüdrətini artıran ölkəmizdə Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırılan inkişafın Azərbaycan modeli dünya ölkələrinin respublikamıza marağını artırır. “Alov qüllələri”ni yeni yüzillikdə Bakıda həyata keçirilən şəhərsalmanın mühüm tərkib hissəsi və hətta yeni elementlərindən biri hesab edirlər. Müasir Bakının simvollarından birinə çevrilən bu qüllələr qlobal urbanizasiya tələblərinə tam cavab verməklə özündə bir neçə kompleksi və xidmət sektorunu birləşdirir. Nömrələrin hamısından şəhərə və Xəzər dənizinə gözəl mənzərə açılır. Otel qülləsində ümumi sahəsi 2,3 min kvadratmetrdən çox olan və özündə idman zalı, hovuz və digər istirahət yerlərini birləşdirən xidmət sahələri yaradılmışdır. Bundan əlavə, burada ümumi sahəsi 5 min kvadratmetrdən çox olan müxtəlif konfrans zalları da fəaliyyət göstərir. Beş konfrans zalında minimum 430, maksimum 1000 nəfərlik tədbirlərin keçirilməsi üçün hər cür şərait vardır. Burada müxtəlif ziyafət zalları, restoran və kafelər qonaqlara yüksək səviyyəli xidmət göstərəcəkdir. Binada 219 avtomobil üçün dayanacaq vardır. Oteldə 18 lift işləyir. Bütün bunlar bir daha təsdiqləyir ki, müasirləşən ölkəmizdə yüksək səviyyəli xidməti ilə seçilən mehmanxanaların inşası geniş vüsət almışdır və məşhur otel brendlərinin ölkəmizə olan marağı xeyli artmışdır. Yerləşdiyi ərazi və mənzərəsi baxımından nadirliyi ilə fərqlənən “Fairmont Baku” oteli təklif etdiyi xidmətlər baxımından bir çox brendləri üstələyir və ölkəmizin müasir turizm imkanlarını daha da artırır.

Artıq “Alov qüllələri” Bakının yeni və möhtəşəm simvolları arasında paytaxtımızın gözəlliyini dünyaya yüksək səviyyədə təqdim edir. “Alov qüllələri”nə dünyada olan marağı şərtləndirən ən mühüm amillər sırasında təbii ki, onun memarlıq üslubu mühüm rol oynayır. Təsadüfi deyildir ki, bu gün Bakıya səfər edən xarici qonaqların görmək istədikləri məkanlar sırasında “Alov qüllələri” xüsusi yer tutur. Bu qüllələr Azərbaycan paytaxtından reportaj hazırlayan xarici telekanalların diqqətindən yayınmır. Məsələn, “Discovery” kanalının “Ekstremal mühəndislik” sənədli televiziya silsiləsində, o cümlədən dünyada məşhur olan “Science” (Elm) kanalında efirə gedən “Azərbaycanın möhtəşəm dəyişikliyi” proqramlarında bu barədə danışılmışdır. CNN telekanalı “Alov qüllələri”ni “Nəhəng binalar” layihəsində dünyanın altı nəhəng və təkrarsız tikililəri sırasına daxil etmişdir. Bununla yanaşı, “Alov qüllələri” Avropanın əsas tədbirlərindən olan “MIPIM - 2013” beynəlxalq sərgi-müsabiqəsində “Ən yaxşı otel və turizm mərkəzi” nominasiyası üzrə qalib elan olunmuşdur. “Skyscrapercity.com” şəhərsalma forumunun sorğusuna əsasən, “Alov qüllələri”nin işıqlandırma sistemi dünyada ən yaxşı sistem kimi tanınmışdır. Bu uğuru şərtləndirən ən mühüm amillərin sırasında “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsinin canlı yayımı zamanı ölkəmizin təbliği ilə bağlı efirə gedən postkartlarda “Alov qüllələri”nin xüsusi gözəlliyi və şəhərimizin simasına verdiyi yaraşıq da mühüm rol oynamışdı. Əlbəttə, bunlar Bakının modern memarlıq komplekslərinin uğurlarının beynəlxalq səviyyədə ilk etirafı deyildir. Müasir Bakı dünyada getdikcə məşhurlaşır. Paytaxtımızın imici burada həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri ilə daha da güclənir. Şəhərimizin qədimliyi və klassik üslubu harmonik şəkildə müasir memarlıq nailiyyətləri ilə birləşir və bütün bunlar təbii ki, Bakının dünyanın ən gözəl şəhərləri sırasında yerini daha da möhkəmləndirməsinə töhfə verir.

“Fairmont Baku”da yaradılan şəraitlə yaxından tanış olduqdan sonra dövlətimizin başçısı otelin kollektivi ilə görüşdü.

Bölmənin intensiv-terapiya otaqları da dünya tibb sahəsinin ən son avadanlığı ilə təchiz edilmişdir. Korpusda invaziv kardiologiya bölməsi də fəaliyyət göstərəcəkdir. Bölmənin avadanlıq və cihazları xəstələrə yüksək səviyyədə, həmçinin qısa vaxtda keyfiyyətli tibbi xidmət göstərməyə şərait yaradır. Buradakı cihazlar müalicə və diaqnostika işini dəqiqliklə yerinə yetirməyə imkan verir.

Diqqətə çatdırıldı ki, tibb ocağının dörd blokunda 10 əməliyyat otağı yaradılmışdır. Otaqlarda burun-qulaq, ginekoloji, oftalmoloji və ümumi cərrahiyyə əməliyyatları aparmaq mümkündür. Yüksək rütbəli zabitlər üçün yaradılmış tibb xidməti sahəsi də ən müasir tələblər səviyyəsində qurulmuşdur. Burada gözləmə, konfrans, yataq, yemək otaqları yaradılmış, intensiv terapiya və tibbi heyət üçün bölmələr fəaliyyət göstərir. Ümumi sahəsi 540 kvadratmetr olan bu xidmət sahəsində xəstələrin müalicə işini tibbin ən son tələbləri əsasında aparmaq üçün geniş imkanlar mövcuddur.

Korpusun 36 otaqdan ibarət laboratoriya şöbəsi də dünya standartları səviyyəsindədir. Burada ən müasir laborator müayinə üsullarını özündə birləşdirən və tibbi tələblərə tam cavab verən dünyanın aparıcı şirkətlərinin avadanlığı quraşdırılmışdır. 1500 kvadratmetr sahədə yerləşən şöbədə genetik, mikrobioloji, immunoloji, biokimyəvi və kliniki laborator qurğular vardır. Tibb müəssisəsinin radiologiya bölməsində rentgen, maqnit-rezonans tomoqrafiya, kompyuter tomoqrafiyası, flüoroqrafiya aparatları quraşdırılmışdır. Tibb ocağında yaradılan videomüşahidə otağında quraşdırılan monitorlar vasitəsilə əməliyyat otaqlarından görüntü nümayiş olunur. Xəstənin yaxınları, eləcə də tibb sahəsində təhsil alanlar bu otaqda aparılan əməliyyatları istər birbaşa, istərsə də sonradan izləyə bilərlər.

Yeni korpusun qarşısında ümumi sahəsi beş hektar olan ərazidə geniş abadlıq-quruculuq işləri görülmüş, yaşıllıq sahələri salınmışdır.

Səhiyyə ocağı ilə tanışlıqdan sonra Azərbaycan Prezidenti hospitalın kollektivi ilə görüşdü.

Kollektivi təbrik edən Prezident İlham ƏLİYEV dedi:

– Hərbi hospitalın yeni binasının açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm. Bu açılış onu göstərir ki, Azərbaycanda səhiyyə sahəsində işlər yüksək səviyyədə aparılır. Son on il ərzində Azərbaycanda 500-dən çox tibb ocağı tikilmiş və təmir edilmişdir. Bakıda və bütün bölgələrdə yeni müasir xəstəxanalar, diaqnostika mərkəzləri açılır və insanlara yüksək səviyyədə tibbi xidmət göstərilir. Bu, çox vacib məsələdir. Çünki insanların sağlamlığı dövlət üçün prioritetdir. Son illər ərzində bu sahədə görülən işlər, doğrudan da yüksək qiymətə layiqdir.

Bu hospitalın tikintisi özlüyündə bir göstəricidir. Mən bir neçə il bundan əvvəl hospitalın birinci korpusunun açılışında iştirak etmişdim. O vaxt da çox böyük işlər görülmüşdü. Bu bina və burada quraşdırılmış avadanlıq əlbəttə ki, dünya səviyyəsindədir. Dünyanın aparıcı klinikalarında olan şərait və texniki təchizat burada vardır.

Bu, belə də olmalıdır. Çünki Azərbaycanda hər bir sahədə - iqtisadiyyatın, xidmətin hər bir sahəsində ən yüksək standartlar olmalıdır. Biz bunu gözəlləşən şəhərlərdə yeni infrastruktur layihələrinin yaradılmasında və eyni zamanda, vətəndaşlara göstərilən tibbi xidmətdə görürük.

Burada bütün şərait vardır. Şadam ki, burada çalışan mütəxəssislər də böyük peşəkarlığa malikdir, xarici klinikalarda təlim keçmişlər. Görürəm ki, burada işləyənlərin əksəriyyəti gənclərdir. Bu da məni çox sevindirir. Çünki indi dünyada tibb elmi o qədər sürətlə inkişaf edir ki, bu inkişafı daim izləmək lazımdır. Ən mütərəqqi texnologiyalar tətbiq edilməlidir. Nəzərə alsaq ki, burada indi ən müasir avadanlıq vardır, əsas məsələ bu avadanlıqdan səmərəli şəkildə istifadə etmək və insanlara yüksək tibbi xidmət göstərməkdir.

Bu hospitalın açılışı Silahlı Qüvvələr Günü ərəfəsində baş verir. Sabah biz Silahlı Qüvvələrin 95 illiyini qeyd edəcəyik. Sabah hərbi parad keçiriləcəkdir. Azərbaycan hərbi qüdrətini bir daha nümayiş etdirəcəkdir. Ordumuz inkişaf edir, güclənir və hərbçilərin sosial  məsələləri də həll edilir. Dünən hərbçilərin vəzifə maaşlarının artırılması ilə bağlı sərəncam imzalanmışdır. Bu gün bu gözəl hospital açılır. Bildiyiniz kimi, 20 il qüsursuz xidmət göstərmiş hərbçilərə artıq dövlət tərəfindən mənzillər verilməyə başlanmışdır. Artıq 187 mənzil verilmişdir. Yəni, hərbçilərin sosial müdafiəsi daim diqqət mərkəzindədir. 

Bütövlükdə, sosial məsələlərin həlli, yeni şəraitin yaradılması işində uğurlar var və bu hospitalın tikilməsi, açılması bunun əyani sübutudur. Digər qurumların da hospitalları, xüsusi tibb mərkəzləri açılmışdır. Son illər ərzində Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Gömrük Komitəsi, Xüsusi Mühafizə Xidməti öz hospitallarını tikib istifadəyə vermişlər. Yəni, hesab edirəm ki, indi bütün qurumlarda hüquq-mühafizə orqanlarının işçilərinin yüksək tibbi xidmət almaları üçün şərait vardır. Eyni zamanda, qeyd etdiyim kimi, bütün başqa yerlərdə də yeni tibb müəssisələri açılır və bu proses bundan sonra da davam etdiriləcəkdir.

Burada yüksək xidmət göstərilməlidir. Arzu edirəm ki, hərbçilər xəstələnməsinlər. Ancaq xəstələnəndə də artıq yüksək xidmət ala biləcəklər. Burada çarpayıların sayı minə qədərdir. Yəni, bu, Azərbaycanın ən böyük tibb müəssisəsidir. Hesab edirəm ki, burada ən yüksək standartlar daim saxlanmalı və insanlara yüksək xidmət göstərilməlidir.

Bir daha bu gözəl hadisə və qarşıdan gələn bayram münasibətilə sizi ürəkdən təbrik edirəm. Sizə uğurlar, cansağlığı arzulayıram.

* * *

Sonra xatirə şəkli çəkdirildi.

Daha sonra Prezident, Ali Baş Komandan İlham Əliyev ən müasir tibbi avadanlıqla təchiz edilmiş mobil səhra cərrahiyyə hospitalı ilə tanış oldu.

Qeyd edildi ki, hospital 2,5 min kvadratmetr sahədə açılır. Açıldıqdan bir saat sonra xəstələri qəbul edə, 4-6 saatdan sonra isə öz funksiyasını tam yerinə yetirə bilir. Burada gündə 150-dək xəstəyə tibbi xidmət göstərmək mümkündür. Hospital yaralıların və xəstələrin qəbulu, qeydiyyatı və diaqnozun qoyulması üçün nəzərdə tutulan çeşidləmə, idarəetmə və rabitə, həmçinin diaqnostika çadırlarından ibarətdir. Diaqnostika çadırında müayinələr aparmaq üçün rəqəmsal rentgen, USM, 12 kanallı elektrokardioqraf aparatları və 24 göstəricini eyni zamanda verən qan analizatoru mövcuddur. Burada, həmçinin 2 əməliyyat, 2 intensiv terapiya bloku və hər birində 8 çarpayı olan 6 yaralı və xəstə çadırı vardır.

Hospitalın özəlliyi onun konteyner və çadırlarının qısa müddətə hazır vəziyyətə gəlməsindədir. Konteynerləri 5-7, çadırları isə 7-9 dəqiqəyə hazırlamaq mümkündür. Bu, isə hospitalın daşınma prosesini asanlaşdırır. Səyyar hospital şəxsi heyətin yataqxanası, aptek, səyyar mətbəx, hamam və sanitar qovşaqla təchiz olunmuşdur. Bütün konteyner və çadırlarda işıq, mərkəzləşdirilmiş isitmə-soyutma və yanğın əleyhinə xüsusi sistemlər quraşdırılmışdır.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında