Prezident İlham Əliyev Buzovna-Mərdəkan-Qala yolunun açılışında iştirak etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 26-da Buzovna-Mərdəkan-Qala yolunun açılışında iştirak etmişdir.

Paytaxt Bakı və ətraf qəsəbələrin inkişafı daim diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı”nın davamı olan 2011-2013-cü illəri əhatə edən Dövlət Proqramı yol infrastrukturunun müasirləşdirilməsini əhatə edir. İndi Bakı və ətraf qəsəbələrin yolları ən müasir səviyyədə inşa olunur, yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri tikilir.

İki yüz min nəfərə yaxın əhalinin yaşadığı Zabrat, Maştağa, Pirşağı, Kürdəxanı, Buzovna, Bilgəh qəsəbələrini Bakı şəhəri ilə birləşdirən Zabrat-Maştağa-Buzovna və Zabrat-Kürdəxanı-Pirşağı avtomobil yollarının yenidən qurulması üçün dövlətimizin başçısının ötən ilin oktyabrında imzaladığı sərəncama əsasən Prezidentin Ehtiyat Fondundan 5 milyon manat vəsaitin ayrılması bu tədbirlərin ardıcıl xarakter aldığını nümayiş etdirir.

Prezident İlham Əliyev Buzovna-Mərdəkan-Qala yolunun texniki göstəricilərini əks etdirən stendə baxdı.

Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, eni 22 metr olan yolun ümumi uzunluğu 12 kilometrə  yaxındır. Yol ən müasir tələblər səviyyəsində inşa olunmuşdur. Dördzolaqlı yolun inşası zamanı bütün infrastruktur yenilənmiş, müasir işıqlandırma sistemi qurulmuş, yol boyu 3 qovşaq tikilmişdir. Bakıətrafı kənd və qəsəbələrin yollarının tamamilə yenidən qurulması, ilk növbədə, əhalinin sosial məsələlərinin həlli baxımından önəmlidir.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlətimizin başçısı yeni yolda avtomobili idarə etdi.

Azərbaycan Prezidenti İlham Əliyev Buzovna-Mərdəkan-Qala yolunun əvvəlki vəziyyətini, tikinti zamanı və hazırkı vəziyyətini əks etdirən fotostendə baxdı.

Dövlətimizin başçısına yol boyu quraşdırılan müasir işıqforlar barədə də məlumat verildi.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında