Azərbaycan Prezidenti İlham Əliyev Qambiyanın xarici işlər nazirini qəbul etmişdir

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 22-də Qambiya Respublikasının xarici işlər naziri xanım Susan Vaffa-Oqunu qəbul etmişdir.

İkinci dəfə ölkəmizdə səfərdə olduğunu vurğulayan Qambiya Respublikasının xarici işlər naziri xanım Susan Vaffa-Oqun ötən dövr ərzində paytaxtımızda gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi. O, Qambiya Prezidenti Yəhya Cammehin məktubunu dövlətimizin başçısına təqdim etdi.

Dövlətimizin başçısı Qambiya Prezidenti Yəhya Cammehin məktubuna görə minnətdarlığını bildirdi. Azərbaycan ilə Qambiya arasında ikitərəfli əlaqələrin inkişafının razılıq doğurduğunu vurğulayan Prezident İlham Əliyev ölkələrimizin bir-birini beynəlxalq təşkilatlarda dəstəkləmələrinin önəmini qeyd etdi. Dövlətimizin başçısı Qambiyanın xarici işlər naziri xanım Susan Vaffa-Oqunun ölkəmizə səfərinin əməkdaşlığımızın müxtəlif sahələrdə inkişafı üçün yeni imkanlar açacağına ümidvar olduğunu bildirdi.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında