Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sənayenin İnkişafı Təşkilatının baş direktoru ilə görüşmüşdür

 

 

Mayın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyanada BMT-nin Sənayenin İnkişafı Təşkilatının baş direktoru Kandeh Yumkella ilə görüşmüşdür.

Görüşdə baş direktor Kandeh Yumkella Azərbaycana səfərini məmnunluqla xatırladı, dünyada gedən qloballaşma proseslərinə toxunaraq sənaye, energetika və digər sahələrdə müşahidə olunan meyllərdən, bəşəriyyəti narahat edən problemlərdən danışdı. Müasir dövrün çağırışlarından bəhs edən BMT rəsmisi dünyadakı işsizlik problemlərinə toxundu.

Prezident İlham Əliyev Azərbaycandakı iqtisadi inkişaf proseslərini diqqətə çatdıraraq, ölkəmizdə yoxsulluğun azaldılması, yeni iş yerlərinin açılması, energetika və digər sahələrdə görülən tədbirlər barədə məlumat verdi, respublikamızın əldə etdiyi uğurlardan danışdı.

Görüşdə Azərbaycan ilə BMT-nin Sənayenin İnkişafı Təşkilatı arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında