Vyanada Avstriya-Azərbaycan biznes forumu keçirilmişdir

 

 

Azərbaycan və Avstriya prezidentləri

biznes forumda iştirak etmişlər

Mayın 13-də Vyanada Avstriya–Azərbaycan biznes forumu keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avstriya Respublikasının Prezidenti Haynts Fişer biznes forumda iştirak etmişlər.

Tədbiri açan Avstriya Ticarət Palatasının prezidenti Kristof Laytl Azərbaycanın inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyevi təbrik etdi. “Bu gün Azərbaycanda çoxlu iri layihələr həyata keçirilir”, - deyən K.Laytl bildirdi ki, bu layihələr bir çox sahələri əhatə edir və Azərbaycanda əməkdaşlıq baxımından yaxşı potensial mövcuddur.

Avstriya Prezidenti Haynts Fişer bu biznes forumu ölkələrimiz arasında iqtisadi əməkdaşlığın göstəricisi kimi xarakterizə etdi. Qeyd etdi ki, Avstriya ilə Azərbaycan arasında iqtisadi əlaqələr genişlənir. Artıq Azərbaycan Avstriya şirkətləri üçün münbit bazara çevrilmişdir.

Ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın bir çox sahələri əhatə etdiyini deyən Haynts Fişer turizm, xidmət və bank sektorlarını konkret misallar kimi göstərdi. Qeyd etdi ki, 2011-ci ilin oktyabrında Bakıda keçirilən Azərbaycan–Avstriya biznes forumundan sonra əməkdaşlıq xeyli genişlənmiş və iş adamlarının budəfəki görüşü iqtisadi əlaqələrimizin inkişafında mühüm addım olacaqdır. Bunu deməyə əsas verən ən mühüm amil isə ölkələrimizin yüksək siyasi əməkdaşlığa malik olmasıdır.

Prezident İlham Əliyev bir çox Avstriya şirkətlərinin ölkəmizdə uğurla fəaliyyət göstərdiyini və Azərbaycanın iqtisadi inkişafına töhfə verdiklərini qeyd etdi. “Memarlıq abidələrindən tutmuş hava limanına və Azərbaycanın rəmzlərindən biri olan Qız qalasının bərpasına qədər bir çox sahələrdə çalışan Avstriya şirkətləri sürətlə müasirləşən Azərbaycanın inkişafına töhfə verirlər”, - deyən Prezident İlham Əliyev ölkəmizin iqtisadi uğurları barədə məlumat verdi. Bildirdi ki, hazırda regionda ən böyük layihələri reallaşdıran Azərbaycan artıq öz peykini orbitə buraxmışdır. Qarşıda duran əsas məsələ isə iqtisadiyyatın şaxələndirilməsinə nail olmaqdır.

Enerji sahəsində Avstriya ilə əməkdaşlığın uğurlu olduğunu deyən Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanın enerji diplomatiyası əməkdaşlıq üzərində qurulmuşdur. Təsadüfi deyildir ki, Azərbaycan Xəzərin enerji resurslarını dünyaya açan ilk ölkə kimi tarixə düşmüşdür. Bu gün Azərbaycan neft-qaz kəmərləri sistemi ilə dünyanın enerji təhlükəsizliyində mühüm rol oynayır.

“Avstriya şirkətləri bizim əsas tərəfdaşlarımızdır”, - deyən dövlətimizin başçısı biznes forumun işinə uğurlar arzuladı və bu ölkənin iş adamlarını Azərbaycana dəvət etdi.

(Geniş hesabat qəzetin növbəti nömrəsində dərc olunacaqdır).

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında