Azərbaycan və Avstriya prezidentlərinin mətbuat konfransı olmuşdur

 

 

Mayın 13-də imzalanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avstriya Respublikasının Prezidenti Haynts Fişerin mətbuat konfransı olmuşdur.

Dövlət başçıları əvvəlcə bəyanatlarla çıxış etdilər.

2011-ci ilin oktyabr ayında respublikamıza rəsmi səfərini xatırladan Avstriya Prezidenti Haynts FİŞER bu səfərin ölkələrimiz arasında əməkdaşlığa təkan verdiyini bildirdi. Qeyd etdi ki, dostluq əlaqələrinin inkişafı Azərbaycan ilə Avstriya arasında bütün sahələrdə əməkdaşlığın inkişafına geniş imkanlar açmışdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident Haynts Fişer bildirdi ki, münaqişə beynəlxalq hüquq  normaları çərçivəsində həllini tapmalıdır. Avstriya Prezidenti dedi ki, iqtisadi əlaqələrimiz inkişaf edir. Azərbaycanda Avstriya şirkətləri müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir. Haynts Fişer vurğuladı ki, Azərbaycan ilə Avstriya arasında enerji sahəsində əməkdaşlığın böyük perspektivi vardır və səfər çərçivəsində bu məsələ diqqət mərkəzində olmuşdur.

Qonaqpərvərliyə görə minnətdarlığını bildirən Azərbaycan Prezidenti İlham ƏLİYEV imzalanan Birgə Bəyannamənin ikitərəfli əlaqələrin inkişafına təkan verəcəyini dedi. Dövlətimizin başçısı qeyd etdi ki, ölkələrimizin iqtisadi əməkdaşlığı uğurludur, ticarət dövriyyəsi artır. Hər iki ölkənin şirkətləri qarşılıqlı surətdə fəal əməkdaşlıq nümayiş etdirirlər. Prezident İlham Əliyev enerji sahəsində əməkdaşlığın vacibliyinə də toxundu və Trans-Anadolu qaz kəmərinin əhəmiyyətindən danışdı. Dövlətimizin başçısı bildirdi ki, bu kəmər Azərbaycan qazının Avropaya çatdırılmasına əlavə imkanlar yaradacaqdır.

Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də danışan Prezident İlham Əliyev qeyd etdi ki, beynəlxalq təşkilatların, xüsusilə də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə baxmayaraq, Ermənistan hələ də Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayır. Dövlətimizin başçısı bildirdi ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları da status-kvonun qəbuledilməz olduğunu bəyan etmişlər.

Sonra prezidentlər jurnalistlərin suallarını cavablandırdılar.

(Geniş hesabat qəzetin növbəti nömrəsində dərc olunacaqdır).

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında