Kənd Təsərrüfatı Kreditləri üzrə Beynəlxalq Konfederasiyanın 43-cü konfransının iştirakçılarına

 

 

Hörmətli konfrans iştirakçıları!

Sizi - Kənd Təsərrüfatı Kreditləri üzrə Beynəlxalq Konfederasiyanın 43-cü konfransının iştirakçılarını səmimi qəlbdən salamlayır və konfransın işinə uğurlar arzulayıram.

Müxtəlif ölkələri təmsil edən və kənd təsərrüfatını kreditləşdirən 100-dən çox bank və maliyyə təşkilatının birləşdiyi Beynəlxalq Konfederasiyanın növbəti toplantısının Bakıda keçirilməsini əhəmiyyətli hesab edirəm.

Dünyada ərzaq təhlükəsizliyi məsələlərinə həssaslıqla yanaşıldığı bir dövrdə kənd təsərrüfatını kreditləşdirən maliyyə institutlarının bir araya gələrək bu sahədə təcrübə mübadiləsi aparması, mövcud problemləri müzakirə etməsi və onların həlli yollarını araması  təqdirəlayiqdir.

Azərbaycan Respublikası iqtisadiyyatın şaxələndirilməsini iqtisadi siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən etmişdir. Belə bir vəzifənin reallaşdırılması ilk növbədə aqrar-sənaye kompleksinin inkişaf etdirilməsini, bu sahənin maliyyə resursları ilə təminatının yaxşılaşdırılmasını tələb edir. Ölkəmizdə kənd təsərrüfatı dövlət tərəfindən davamlı olaraq dəstəklənir, fermerlərə subsidiyalar və güzəştli kreditlər ayrılır, aqrar infrastrukturun yaradılmasına hər cür köməklik göstərilir. Müasir aqrobiznesin inkişafı həm də texnoloji yeniləşmənin, innovativ dəyişikliklərin maliyyə qurumları tərəfindən dəstəklənməsindən, fermerlərin kredit əldəetmə imkanlarının genişləndirilməsindən asılıdır.

Ümidvaram ki, konfrans aqrar sahə üzrə layihələrə iri maliyyə institutlarının diqqətinin cəlb edilməsi, qarşılıqlı faydaya əsaslanan birgə fəaliyyətin həyata keçirilməsi, kənd təsərrüfatının kreditləşdirilməsi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və ərzaq təhlükəsizliyi sahəsində qlobal çağırışların nəzərə alınması  baxımından əhəmiyyətli olacaqdır.

Konfransın işinə bir daha müvəffəqiyyətlər, sizə isə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 may 2013-cü il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında