Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Andris Berzinşin təkbətək görüşü

 

 

 

Aprelin 24-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Andris Berzinşin təkbətək görüşü olmuşdur.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi. Yüksək səviyyəli səfərlərin Azərbaycan ilə Latviya arasında əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulandı.

Dövlət başçıları ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif  sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu bildirdilər. Bu səfərin həmin sahələrin müəyyənləşdirilməsi işinə töhfələr verəcəyi qeyd edildi.

Görüşdə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı çərçivəsində ölkəmizin Latviya ilə münasibətlərinin genişləndirilməsi məsələləri müzakirə olundu.

Əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunduğu görüşdə ikitərəfli və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıldı.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında