Azərbaycan Prezidenti İlham Əliyevin Hacıqabul rayonuna səfəri

 

 

Aprelin 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul rayonunda səfərdə olmuşdur.

Dövlətimizin başçısı əvvəlcə Hacıqabul şəhərində ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoydu.

* * *

Sonra Prezident İlham Əliyev yenidən qurulan Heydər Əliyev Mərkəzi ilə tanış oldu. Bildirildi ki, burada ulu öndərin müxtəlif vaxtlarda Hacıqabula səfərlərini, rayon sakinləri ilə görüşlərini əks etdirən maraqlı fotolar toplanmışdır. Bundan başqa, Mərkəzdə gənclərin ilkin sənət vərdişlərinə yiyələnmələri üçün müxtəlif dərnəklər fəaliyyət göstərəcəkdir.

* * *

Sonra dövlətimizin başçısı İlham Əliyev Hacıqabulun mərkəzindəki Heydər Əliyev parkını gəzdi. Rayon icra hakimiyyətinin başçısı Əhməd Muxtarov Azərbaycan Prezidentinə məlumat verdi ki, 2011-ci ilin sentyabrından parkda yenidənqurma işlərinə başlanılmışdır.

* * *

Hacıqabula səfəri çərçivəsində Prezident İlham Əliyev rayonun Rəncbər-Qubalı Baloğlan-"Pir Hüseyn" Xanəgahı avtomobil yolunun açılış mərasimində iştirak etdi.

Dövlətimizin başçısına yolun parametrləri, respublika əhəmiyyətli digər yollarda aparılan işlər, Hacıqabul-Paşalı-Tağılı avtomobil yolu barədə məlumat verildi.

Prezident İlham Əliyev kənd sakinləri ilə görüşdü. Təzə çəkilən yolun əhəmiyyətindən danışan dövlətimizin başçısı yolların hər bir yaşayış məntəqəsi üçün önəmini vurğuladı.

Kənd sakini Qənimə İsrafilova göstərdiyi diqqət və qayğıya görə sakinlər adından dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Sonda xatirə şəkli çəkdirildi.

* * *

Sonra Prezident İlham Əliyev Kür-Bakı su kəmərindən Hacıqabul şəhərinə içməli suyun gətirilməsi mərasimində iştirak etdi.

Dövlətimizin başçısı Hacıqabul şəhərinin su təchizatı planı və Şirvan-Muğan su kəmərinin texniki göstəricilərini əks etdirən stendlərə baxdı.

Prezident İlham Əliyev şəhərə içməli suyun verilməsini bildirən düyməni basdı.

Dövlətimizin başçısı Hacıqabul rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

* * *

Azərbaycan Prezidenti İlham Əliyev Hacıqabula səfəri çərçivəsində Daxili Qoşunların “N” saylı hərbi hissəsində aparılan yenidənqurma işləri ilə tanış oldu.

Dövlətimizin başçısı hərbi şəhərciyin ərazisini gəzdi, yenidən qurulan 70 mənzilli zabit yataqxanasına baxdı.

* * *

Daha sonra Prezident İlham Əliyev Hacıqabulda Gilan Seramik Parkında seramik plitələr istehsalı zavodunun açılışında da iştirak etdi.

Müəssisə ilə tanış olan dövlətimizin başçısına Gilan Seramik Parkında inşa ediləcək daha bir istehsal sahəsi - yeni keramaqranit zavodu barədə məlumat verildi.

Dövlətimizin başçısı gilizi zavodun təməlinə buraxdı, beton qarışığı tökən qurğunu işə saldı.

Prezident İlham Əliyev daha sonra müəssisədə yaradılmış sərgi salonu ilə tanış oldu. Salonda zavodda istehsal olunan və olunacaq məmulatların nümunələri nümayiş etdirilir (Səfərdən geniş hesabat qəzetin növbəti nömrəsində dərc olunacaqdır).

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında