Azərbaycan Prezidenti İlham Əliyev Ukraynanın Baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də Ukraynanın Baş nazirinin müavini Konstantin Qrişenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Baş nazirin müavini Konstantin Qrişenko Ukrayna Prezidenti Viktor Yanukoviçin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. O, Ukrayna Prezidentinin Azərbaycan Prezidenti ilə görüşlərini məmnunluqla xatırladığını dedi.

Prezident İlham Əliyev dövlət başçıları arasında mövcud olan dostluq əlaqələrinin ölkələrimizin ikitərəfli münasibətlərinin möhkəmləndirilməsi baxımından önəmini qeyd etdi. Ölkələrimiz arasında dostluq, tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin mövcud olduğunu vurğulayan dövlətimizin başçısı bu münasibətlərin müxtəlif sahələrdə gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini bildirdi.

Prezident İlham Əliyev Prezident Viktor Yanukoviçin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Ukrayna dövlətinin başçısına çatdırmağı xahiş etdi.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında