Azərbaycan Prezidenti İlham Əliyev “The Business Year” jurnalının baş direktorunu, jurnalın baş redaktorunu və buraxılışa məsul əməkdaşlarını qəbul etmişdir

 

 

 

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də “The Business Year” jurnalının baş direktoru xanım Ayse Nazir Valentini, jurnalın baş redaktoru Ceyson Conu və buraxılışa məsul əməkdaşlarını qəbul etmişdir.

İnvestisiyaların təşviqi və nəşrlər üzrə ixtisaslaşan “The Business Year” jurnalının baş direktoru xanım Ayse Nazir Valentin ölkəmizlə bağlı layihələrə ilk dəfə 2010-cu ildə başladıqlarını məmnunluqla qeyd etdi. 2011-ci ildə Azərbaycanın müstəqilliyinin 20 illiyi və 2012-ci ildə isə “Eurovision” beynəlxalq mahnı müsabiqəsi ilə bağlı buraxılışlarının  maraqla qarşılandığını qeyd edən qonaq bu il ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə bağlı xüsusi material hazırladıqlarını dedi.

Dövlətimizin başçısı jurnalın Azərbaycanın təşviqi ilə bağlı gördükləri işləri yüksək qiymətləndirdi. Prezident İlham Əliyev “The Business Year” jurnalının ingilis dilində Azərbaycanla bağlı geniş auditoriya üçün nəzərdə tutulan və müxtəlif yanaşmalarla zəngin olan bu nəşrinin ölkəmizin beynəlxalq ictimaiyyətə təqdim olunması üçün yaxşı imkan yaratdığını dedi. Azərbaycanın iqtisadi, siyasi, təhlükəsizlik, biznes, sərmayə qoyuluşu, xarici əlaqələr və digər sahələrlə bağlı məsələlərin jurnalda ətraflı təhlil olunmasını yüksək qiymətləndirən dövlətimizin başçısı “The Business Year: Azerbaijan-2013” xüsusi buraxılışının əhəmiyyətini qeyd etdi.

“The Business Year” jurnalının Prezident İlham Əliyevi “İlin adamı” seçdiyini qeyd edən jurnalın baş redaktoru Ceyson Con  bunun Azərbaycanda iqtisadi artımın yüksəlişi, ümum daxili məhsulun son 5 ildə dəfələrlə artması, Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuza malik olması, BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi ilə və informasiya-kommunikasiya texnologiyaları sektorunda əldə edilən böyük uğurlarla bağlı olduğunu dedi.

Sonra “İlin adamı” mükafatı dövlətimizin başçısına təqdim olundu.

Prezident “İlin adamı” mükafatına görə təşəkkürünü bildirdi. Sonra dövlətimizin başçısı Azərbaycanda əldə olunan bütün uğurların əsasında  ölkənin sürətli  iqtisadi inkişafının dayandığını qeyd etdi. Prezident İlham Əliyev bildirdi ki, iqtisadiyyatın şaxələndirilməsi nəticəsində neft-qaz amilindən asılılıq azalmış, neft gəlirlərinin şəffaf  şəkildə insanların və ölkənin mənafeyi naminə istifadə olunması nəticəsində son 10 ildə yoxsulluğun səviyyəsi 50 faizdən 6 faizə qədər enmişdir. İnformasiya-kommunikasiya texnologiyaları sektorundakı sürətli inkişafa toxunan dövlətimizin başçısı Azərbaycanın  kosmik ailənin üzvü olmasının önəmini qeyd etdi. 2013-cü ilin ölkəmizdə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunduğunu deyən Prezident İlham Əliyev bu sahədə əldə edilən uğurlardan danışdı. Dövlətimizin başçısı ölkəmizin nüfuzunun beynəlxalq aləmdə getdikcə möhkəmləndiyini xüsusi vurğuladı.

Prezident İlham Əliyev “The Business Year” jurnalının enerji, ticarət, biznes, investisiya, mədəniyyət və digər sahələrdə  Azərbaycanı olduğu kimi təqdim etdiyinə görə yaradıcı kollektivə təşəkkürünü bildirdi.

Sonda xatirə şəkli çəkdirildi.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında