Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniyanın ölkəmizdəki səfirini qəbul etmişdir

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 18-də Böyük Britaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Piter Beytmanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

Həyatının əhəmiyyətli hissəsini Azərbaycanda keçirdiyini vurğulayan səfir Piter Beytman ölkəmizə səmimi duyğular bəslədiyini dedi. Britaniyalı diplomat bundan sonrakı fəaliyyətində də ikitərəfli münasibətlərimizin genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi. 

Dövlətimizin başçısı Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev ölkələrimiz arasında regional təhlükəsizlik və əməkdaşlıq üçün mühüm əhəmiyyət daşıyan tərəfdaşlıq əlaqələrinin yaradılmasından məmnunluğunu ifadə etdi. Dövlətimizin başçısı səfirə gələcək fəaliyyətində uğurlar arzuladı. 

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında