Azərbaycan Prezidenti İlham Əliyev Mərakeş Krallığının daxili işlər nazirini qəbul etmişdir

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 18-də Mərakeş Krallığının daxili işlər naziri Mohaned Lanseri qəbul etmişdir.

Daxili işlər naziri Mohaned Lanser Mərakeş Kralı VI Məhəmmədin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. Mohaned Lanser  “Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi ” mövzusunda Bakıda keçirilən Beynəlxalq konfransın yüksək səviyyədə təşkil olunmasına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. 2006-cı ildə ölkəmizə səfər etdiyini xatırlayan qonaq ötən dövr ərzində paytaxtımızda böyük inkişafın şahidi olduğunu dedi.

Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Mərakeş Krallığı arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığının və bir-birilərini daim dəstəkləməsinin önəmini qeyd etdi.

Prezident İlham Əliyev Kral VI Məhəmmədin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Mərakeş Kralına çatdırmağı xahiş etdi.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında